Xəbər lentİ

Nazir əmr imzaladı

02:22, 22.01.14
Oxunub: 1 670
İQTİSADİYYAT
Nazir əmr imzaladı
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı icrası üzrə əmr imzalayıb.

Absheronxeber.az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, əmrdə “Açıq Hökumətin təşviqinə dair 2012-2015 illər üçün Milli Fəaliyyət Planı”nın bilavasitə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid bəndlərinin icrasına dair 2014-cü il üçün İş Planı”, eləcə də “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın bilavasitə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid bəndlərinin icrasına dair 2014-cü il üçün İş Planı” təsdiq edilib. RİTN-in Aparatının struktur bölmələrinə və tabeliyindəki qurumlara İş Planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında icra olunmasının təmin edilməsi tapşırılıb. Əmrin icrasına nəzarət RİTN-in Ümumi şöbəsinə tapşırılıb.

Qeyd edək ki, İş Planlarına informasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi, Dövlət Qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığın artırılması, maraqlar toqquşmasının qarşısının alınması və maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim edilməsi, həmçinin, etik davranış qaydalarının təkmilləşdirilməsi, dövlət satınalmalarının təkmilləşdirilməsi və şəffaflığının artırılması istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi daxildir.
Baş redaktor: Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: