Begiyev Hikmət Əliyulla oğlu – 1954-cü ilin fevral ayının 8-də Abşeron rayonunun Fatmayı kəndində anadan olmuşdur. 1976-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrufatı İnstitutunun İqtisadcı ixtisasını bitirmişdir. Abşeron rayonunun Aqrar Sənaye birliyində böyük təftişçi mühasib vəzifəsində işləmişdir.2000-ci ildən Fatmayı bələdiyyə üzvüdür. 2005-ci ildən Fatmayı bələdiyyəsinin sədri vəzifəsində çalışır.
Hikmət müəllimin bu yubleyində onu Abşeron rayon icra hakimiyyətinin başçısı,icra hakimiyyətinin kollektivi və Abşeron rayonun bələdiyə sədirləri təbrik edib,ona işlərində uğurlar arzu ediblər.Sonda rayon rəhbərliyi tərəfindən Hikmət müəllimə Fəxri Fərman verildi
Abşeron Xəbər informasiya agentliyi olaraq bizdə öz kolektivimiz adından Hikmət müəllimi yubleyi münasibəti ilə təbrik edir,bu məsuliyyətli və şərəfli işində ona uğurlar, cansağlığı arzu edirik
Baş redaktor: Şamo Əliyev