Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Elmar Məmmədyarov: Azərbaycan hökumətinin əsas prioritetləri arasında trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır

Tarix:7-12-2018, 14:56

Elmar Məmmədyarov: Azərbaycan hökumətinin əsas prioritetləri arasında trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır


İcra üçün artıq hazır olan, Azərbaycanı və onun Mərkəzi Asiyadakı tərəfdaşlarını, habelə potensial olaraq Əfqanıstanı da əhatə edəcək “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsi Avropa və Asiya arasında bağlılığı daha da gücləndirəcək.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “ATƏT məkanında iqtisadi bağlılığın təşviq edilməsi” tədbirində çıxışı zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan hökumətinin prioritet sahələrindən biri tranzit və ticarətdə daha şəffaf gömrük proseslərinə imkan verən səmərəli ticarət qaydalarını təqdim etmək, idxal, ixrac və tranzit sərhəd prosedurlarının səmərələşdirilməsi də daxil olmaqla nəqliyyat və ticarətin asanlaşdırılmasında yaxşı idarəetmədir: "Ticarətin asanlaşdırılmasında elektron imza prinsipinə əsaslanan elektron bəyannamə sistemi kimi informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət ayrılır".

Nazir xüsusilə qeyd edib ki, yeni Bakı Limanı ətrafında Azad Ticarət Zonasının yaradılması vasitəsilə ticarət-logistika sektorunda xarici şirkətlər üçün əlverişli və azad sərmayə rejiminin təmin edilməsi üzrə səylər göstərilir. Məqsəd Azərbaycanın çoxsaylı ticarət yolları üzrə Avropa və Asiya arasında ticarəti asanlaşdıracaq regional ticarət-logistika mərkəzi kimi cəlbediciliyinin artırılmasıdır.

E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan hökumətinin əsas prioritetləri arasında Şərq-Qərb və Şimal-Cənub oxları boyunca qonşu dövlətlər və ATƏT-ə üzv olan digər maraqlı dövlətlər ilə əməkdaşlıqda regional, trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır: "Artan bağlılığa töhfə verən layihələr arasında ilkin mərhələdə 6-7 milyon ton, daha sonra isə ildə 17 milyon ton yükgötürmə qabiliyyəti olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu var. BTQ Yeni İpək Yolu adlanan və trans-Avropa və trans-Asiya dəmir yol şəbəkələrini birləşdirəcək, eləcə də Avropa və Asiya arasında etibarlı və inteqrasiya olunmuş dəmir yolu yükdaşımaları əlaqəsinə əhəmiyyətli dərəcədə töhfə verəcək yeni yaranmış qitələrarası dəhlizin əsas seqmentidir".

Elmar Məmmədyarov: Azərbaycan hökumətinin əsas prioritetləri arasında trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır

Elmar Məmmədyarov: Azərbaycan hökumətinin əsas prioritetləri arasında trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident