Xırdalan şəhərinin 1 nömrəli tam orta məktəbi ilə üzbəüz 0.13 hektarlıq ərazidə yeni istirahət parkının salınmasına başlanılıb. Şəhərin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov bildirib ki, əvvəllər baxımsız vəziyyətdə olan ərazidə müasir landşaft həlli olan park salınır. Abadlaşdırılan sahədə tamet döşəmə salınaçaq, çəmən, dekorativ ağac və kollar əkiləcək.
Ümumi sahəsi 0,13 hektar olan parkda xüsusi işıqlandırma sistemi və oturacaqlar da quraşdırılacaq.
Yeni istirahət guşəsinin yaxın vaxtlarda sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.