Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Yeni proqram ciddi şəkildə regionlara öz müsbət təsirini göstərəcək"

Tarix:31-01-2019, 18:51

"Yeni proqram ciddi şəkildə regionlara öz müsbət təsirini göstərəcək"

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi növbəti 4 ildə regionlarımın inkişafı ilə bağlı yeni mərhələnin başlanğıcından xəbər verir”.

İndiyədək regionlarla bağlı 3 dövlət proqramının reallaşdığını xatırladan millət vəkili söyləyib ki, görülən işlər regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiya qoyuluşunun artması, yeni müəssisələrin və iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması, yoxsulluq səviyyəsinin isə azalmasına səbəb olub.

Onun sözlərinə görə, regionların inkişafı istiqamətində həyata keçirilən işlərə nəzər yetirdikdə çoxlu sayda uğurların əldə olunduğunu görmək mümkündür: “ Bu illər ərzində 2 milyon yeni iş yerlərinin açılması, onlardan 1.5 milyonunun daimi, 500 mininin isə müvəqqəti olması həyata keçirilən dövlət proqramlarında əsas məqsədin əhalinin sosial rifah halının yaxşılaşdırılmasının dayandığını göstərir”.

Deputat vurğulayıb ki, dövlət proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün regionlarda infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atııb: “Bu müddət ərzində regionlara 15 min kilometr yolun çəkilməsi, 3200 məktəbin tikilməsi və ya yenidən qurulması, eləcə də xəstəxanalar, olimpiya komplekslərinin tikilməsi sosial problemlərin həllinə yönəlib”.

C. Osmanov qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən yeni proqram da həm sosial problemlərin, həm də sənaye və iqtisadiyyatın inkişafında daha ciddi proqram kimi regionlara öz təsirini göstərəcək: “Yeni proqramda qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetirilib. Sənaye, aqro parklarının tikintisinin davamı, kənd təsərrüfatın ilə bağlı işlərin daha mütəşəkkil, müasir şəkildə davam etdiriləcək”.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub

Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...

Laçınlılar doğma yurd yerlərinə qayıdırlar

Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir

1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır

Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib

Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib

Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır

” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK

ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR

Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib

YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər

İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək

Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür

Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir

Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur

Heydər Əliyevin 100 illik yubileyi Abşeronda qeyd edilib