Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk

Tarix:21-02-2019, 14:53

Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk

Əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə ötən dövrdə müsbət əməkdaşlıq təcrübəsi mövcuddur və bu təcrübə əməkdaşlığın uğurla davam etdirilməsi üçün yaxşı əsas yaradır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə nazirlikdə keçirilən görüşdə bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, S.Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən, nazirliyin fəaliyyət istiqamətlərində aparılan islahatlar barədə məlumat verib. O, ölkəmizdə dövlət sosial xidmətlərinin vahid mərkəzdən “bir pəncərə” prinsipi üzrə çevik və tam şəffaf şəkildə təqdim olunmasını nəzərdə tutan yeni “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərinin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi işlərinin ardıcıl xarakter aldığını vurğulayan nazir dövlət başçısının cari ildə imzaladığı sənədlər əsasında bu istiqamətdə növbəti əhəmiyyətli addımların atıldığını deyib.

S.Babayev ötən dövrdə Dünya Bankı ilə birgə icra olunan layihələrin əhəmiyyətindən bəhs edib. O, yeni Məşğulluq Strategiyasının hazırlanmasında Dünya Bankının aktiv texniki dəstəyinin, “Azərbaycanda İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya”nın, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması, risk əsaslı yoxlamaların aparılması üçün müasir metodologiyalar və prosedurların işlənməsi sahəsində Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə görülən işlərin önəmini diqqətə çatdırıb.

Xanım M.Tembon ölkəmizdə həssas qrupların rifah halının yaxşılaşdırılması sahəsində atılan addımların təqdirəlayiq olduğunu deyib. O, Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndirdiklərini, ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatların mühüm önəm kəsb etdiyini, bu islahatlar prosesində Dünya Bankı ilə birgə işlərin gələcəkdə də uğurla davam edəcəyinə əminliyini bildirib.

Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində islahatlar və aktiv məşğulluq tədbirlərinin təşkili, bu sahədə dünyanın mütərəqqi təcrübələrinin öyrənilməsi, əmək bazarı üzrə informasiya təminatının inkişaf etdirilməsi və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb.

Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk

Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk

Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk

Azərbaycan parlaq gələcəyini inamla qurur

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var