13 may 2016-cı il tarixdə İstedadlı əlillər ictimai birliyi Prezident yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin təşkilatı dəstəyi ilə "Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası" layihəsi çərçivəsində İstedadlı Əlillər ictimai birliyinin üzvlərinə, Əlil və Şəhid ailələrinin üzvlərinə İngilis və Rus dili təlim-kurslarının açılışını təşkil etdi. Tədbirdə İstedadlı Əlillər ictimai birliyinin sədri, layihənin rəhbəri Cavad Qasımov çıxış edərək iştrakçılara layihə kaqqında geniş məlumat verdi.
Qeyd etdi ki, “Layihə çərçivəsində keçiriləcək təlim kurslarında iştrakçılara layihə yazmağın qaydaları və İngilis-Rus diləri öyrədiləcək. “Layihə univeristeti” kursları may və iyun ayları ərzində 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabiltasiya Mərkəzində təlim ediləcək. İngilis-Rus dili kursları isə Birliyimizin ofisində ödənişsiz olaraq “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin könüllü müəllimləri tərəfindən təlim ediləcək. Yeri gəlmişkən “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin rəhbərliyinə və kollektivinə, eyni zamanda Birliyimizə ofisin verilməsi münasibəti ilə Abşeron Rayon İcra Hakimiyyətinin Başcısı İradə xanım Gülməmmədovaya təşəkkürümüzü bildirirəm...
Həm “Layihə univeristeti” , həmdə xarici dil öyrənmək kurslarını təşkil etməkdə məqsəd fiziki məhdud gənclərin həyata keçirtmək istədikləri ideyalarını sərbəst qaydada layihə şəkilində gerçəkləşdirmələrinə dəstək olmaqdır bunla yanaşı dil kurslarının da təşkili çox əhəmiiyətlidir. Belə ki, iştrakçılar gələcəkdə iş axtardıqları zaman xarici Beynəlxalq dillər bilməsi Onların daha asan və əlverişli işlə təmin olunmasına kömək edəcək.
Təlim kurslarının iştrakçılar tərəfindən səmərəli şəkildə mənimsənilməsi və tətbiqi gələcəkdə fiziki məhdud gənclərin əmək fəaliyyəti ilə məşğul olmasına zəmin yaradacaq. Eyni zamanda fiziki məhdud gənclərin öz problemlərinin həllində özlərinin iştrakçılığına və cəmiyyətdə aktiv olmalarına stimul vercək. Təlim kursları may ayında başlayıb avqus ayına qədər davam edəcək. Kursları “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin müəlliməsi Səbinə xanım könüllü olaraq təlim edəcək. Təlimin yekununda iştrakçılara sertifkatlar veriləcək.
Sonra Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi Vüqar Bəşirov çıxış edərək bildirdi ki, “İstedadlı Əlillər” ictimai birliyi rayonumuzda əhəmiyyətli və səmərəli fəaliyyət göstərən Qeyri-Hökümət Təşkilatıdır. Bu Birlik fəaliyyət göstərdiyi az vaxt ərzində ictimayyət üçün əhəmiyyət kəsb edən sosial layhələr və tədbirlər həyata keçirib. Abşeron RİH-i hər zaman Birliyə dəstək vermişdir, bundan sonrada dəstəyimiz davam edəcək...
Daha sonra “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin drektor müavini Bilal Saleh Xəzərli çıxış edərək bildirdi ki, “İstedadlı Əlillər ictimai birliyi ilə əməkdaşlıqdan məmnunuq. Birlik cəmiyyətimiz üçün əhəmiyyətli ideyalar gerçəkləşdirir. Şirkətimiz Birliyin ofisində birgə təşkil etdiyimiz xarici dil kurslarını təmənnasız olaraq telim edir və bu davamiyyətli olacaq. Yaxşı olardı ki, daha geniş olan bir yer ayırılayadı və bizdə geniş aditoryaya dərslərimizi təlim edərdik...
Daha sonra müəllimlər və iştrakçılar çıxış etdilər
İstedadlı Əlillər ictimai birliyi