"Eşitmə və Nitq Qüsurlu Şəxslərə Sosial Yardım" Ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması, qabiliyyətinin inkişafı və sərgilərinin keçirilməsi” adlı layihəsinin icrasına başlamışdır.
Layihənin məqsədi əlilliyi olan şəxslərin asudə vaxtının səmərəliliyinin artırılması, onların yaradıcılıq potensialına dəstək, qabiliyyətlərinin inkişafı, rəsm, dekorativ sənət sərgilərinin təşkil edilməsidir. Eşitmə və nitq məhdudiyyətli şəxslərin əl işləri bacarığı,gələcəkdə onların peşəsinə çevirmək və beləliklə onların özlərini maliyyə baxımından təmin edilməsinə dəstək olmaqdır. Əlillərin sosial həyata inteqrasiyası, müxtəlif ictimai-kütləvi tədbirlərə həvəsləndirilməsidir.
Layihə Abşeron rayon, Xırdalan şəhərində icra olunacaq. İştirak etmək istəyən əlilliyi olan şəxslər bu nömrələrlə əlaqə saxlaya bilər.
əlaqə nömrəsi : (055 823-97-10)
Layihə rəhbəri Cəmilə Abdulova