Abşeron rayonu ərazisində bu il çoxlu sayda ağac və gül kolları əkilib.
2017 ci il rayonun şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı abadlıq və quruculuq işləri görülüb, böyük infrastruktur layihələri həyata keçirilib. İrimiqyaslı layihələr çərçivəsində Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral yollarının Abşeron rayonu ərazisindən keçən hissəsində yolun hər iki kənarında geniş abadlıq, müasir və zövqoxşayan üslubda yenidənqurma işləri aparılıb. Bununla əlaqədar yaşıl ot (qazon), gül, dekorativ kol və ağac əkilib. Yaşıllıqların suvarılması məqsədilə su xətti çəkilib.
Abşeron rayon TAİ- nin rəis müavini Nazim Fətəliyevdin Abşeron informasiya agentliyinə verdiyi məlumata görə bu il rayon ərazisində 5 mindən çox mövsümi güllər əkilmişdir. İdarənin əməkdaşları tərəfindən işlər uğurla həyata keçirilir.
Rayonda ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması daim diqqət mərkəzində saxlanılır. Xırdalan şəhəri günü- gündən öz simasını dəyişərək regoanda seçilən gözəl məkana çevrilməkdədir. Paytaxtla Sumqayıtın arasında olan bu gözəl şəhər müasirliyi ilə hər gün irəliyə doğru adımlayır.
Xatırladaq ki,“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonda genişmiqyaslı ağacəkmə kampaniyası da həyata keçirilib.