Prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.Dəyişikliyə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 5.1-1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:
"Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir.