Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ağırlığım, uğurluğum odlara...

Tarix:6-03-2018, 14:41

Ağırlığım, uğurluğum odlara...


Bu gün Novruzun ikinci çərşənbəsi – Od çərşənbəsidir

Bu gün Azərbaycanda Novruz çərşənbələrindən ikincisi - Od çərşənbəsi qeyd olunur. Ona xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud
“addı çərşənbə” də deyilir.

Çox qədim zamanlarda yeni anadan olmuş uşağı odun başına dolandırmaqla pak edər, ancaq bundan sonra ananın qucağına verərdilər. Bu yolla paklaşmamış uşaq
murdar hesab edilər, buna görə də ana onu rahatlıqla qucağına ala bilməzmiş. Bu inancın və xüsusi mərasimin çox aydın izi bu gün də “Çevir ocağa, al qucağa” kimi
atalar sözündə görünməkdədir.

“Novruz bayramını od-ocaqsız, gur Novruz tonqalı olmadan təsəvvür etmək mümkün deyil. İnsanlar qaranlıq düşən kimi böyük tonqallar yandırır və onların alovu
qaranlığı yararaq insanlarda böyük sevinc və coşqu, şən əhval-ruhiyyə yaradır. Bu cəhətdən Novruzla bağlı inanclarda odu müqəddəsləşdirmənin mühüm yer tutduğunu görürük. Ümumiyyətlə, od türklərin inanclarında mühüm mövqeyə malikdir. Türklər tərəfindən od da eynilə su kimi müqəddəs sayılıb. Dünyanın yaradılmasında, yaz və od arasında bir əlaqənin olduğuna inanılıb. Bütün bu təsəvvürlər öz izlərini Novruz adətlərində əks etdirir”.

Novruzaqədərki hər bir çərşənbə axşamı tonqal qalanır, insanlar tonqalın üstündən tullanır. Xalqımızın Novruz mərasimləri barədə söhbəti davam etdirən bu bayramda
tonqalqalama xüsusi mərasimdir. Necə gəldi, harada gəldi tonqal qalamaq olmaz. Bunun xüsusi qaydaları, yəni mərasimi var. Məsələn, hər həyətdə böyük tonqal qalanır, ətrafında şənlənir, üstündən tullanıb deyirlər:

Ağırlığım, uğurluğum odlara,

Tonqaldan atlanmayan yadlara.

Yaxud:

Ağrım-uğrum tökülsün,

Oda düşüb kül olsun.

Yansın alov saçılsın,

Mənim bəxtim açılsın.

Axır çərşənbə tonqalı həm də ata-baba ruhları ilə bağlıdır. Məsələn adətlərdən birinə görə, ilaxır çərşənbədə evin işığını sübhəcən söndürməzlər. Deyirlər, həmin gecə
uluların ruhu sübhəcən yurda baş çəkməyə gəlir.

Lakin inanclara görə, Novruz tonqalının təkcə əcdad ruhları ilə deyil, həm də bədxah ruhlarla əlaqəsi var. Qazax bölgəsinin inanclarına görə, yeni il axşamı evdə,
bayırda ocaq qalayar, şam yandırarlar ki, qara div, şər, pis nəzər onlardan uzaq olsun, qorxub qaçsın.

Bəzi bölgələrimizdə axır çərşənbə axşamında yandırılan tonqalın üstündən mal-qaranı, qoyun-quzunu da adladırlar ki, çillədə qalmasınlar. Çillə – köhnə ilin ağrı-acısı,
qada-balasıdı, ocaqdan adlayanda hamısı tökülüb odda yanır.

Digər inanca görə, axır çərşənbə tonqalı ilə Novruz tonqalı bir-birindən ciddi fərqləndirilir. Yəni, bayram axşamında, ya da bayram günündə qalanan tonqala yaş ağac
atılmaz. Yaş ağacı həmin ocağa atsan, ruzi-bərəkət çəkilər.

İnanclardan birinə görə isə çərşənbə axşamı lampanın altına bağlı qıfıl qoyur və niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun ilk sözünü niyyətlərinə
görə yozurlar.

Xatırladaq ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 27-də qeyd edilib. Martın 13-ü Hava (Yel), martın 20-i isə axırıncı - Torpaq çərşənbəsidir.

Yaz fəsli isə Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

Od çərşənbəniz mübarək!

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident