Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"International Sports Broadcasting" Bakıda keçiriləcək Avropa Oyunlarını yayımlayacaq şirkət seçilib

Tarix:19-12-2013, 23:11

"International Sports Broadcasting" Bakıda keçiriləcək Avropa Oyunlarını yayımlayacaq şirkət seçilib
Bakı Avropa Oyunları üzrə Əməliyyat Komitəsi (BAOƏK) Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək Avropa Oyunlarını yayımlayacaq Beynəlxalq İdman Yayımı Şirkəti (International Sports Broadcasting, ISB) ilə çərçivə sazişinin imzalandığını bəyan edib.

Abşeron xəbər Trend-ə istinadən xəbər verir ki, bu saziş 12-28 iyun 2015-ci il tarixdə Avropanın və bütün dünya azarkeşlərinin Xəzər dənizinin sahilində yerləşən Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunlarını televiziya və onlayn vasitəsilə izləmək imkanına malik olacağını nəzərdə tutur. Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən yaradılan və 2012-ci ilin dekabrında Bakıda keçirilməsi qərara alınan Oyunlarda 49 ölkədən 5 mindən artıq idmançı ən azı 18 idman növü üzrə yarışacaqlar.

16 gün davam edəcək Avropa Oyunları yarışması zamanı ISB yüksək dəqiqliklə gözlənilən 1,200 saatlıq yüksək keyfiyyətli teleyayımı təmin edəcək. Bura bütün yarımfinal və finalların canlı yayımı və gündəlik əsas göstəricilər barədə məlumatın verilməsi daxildir. ISB açılış və bağlanış mərasimlərini və Azadlıq meydanında təşkil ediləcək axşam əyləncə tədbirlərini də yayımlayacaq.

ISB dünyada idman yayımında özünün üstün və yenilikçi xüsusiyyətlərinə görə tanınır. 1996-cı ildə Manolo Romero tərəfindən əsası qoyulan ISB dünyanın çox saylı aparıcı idman tədbirlərinin teleyayım şirkətidir. Bura yeddi Olimpiya Oyunları, altı Paralimpiya Oyunları, çoxsaylı dünya çempionatları və Dünya Kuboku üzrə yarışlar və Pan-Amerika Oyunları kimi qitə tədbirləri daxildir.

Teleyayım şirkəti olmaqla yanaşı, ISB 2015-ci il Avropa Oyunları üzrə teleyayım hüquqlarının Avropada və onun hüdudlarından kənarda satışını idarə edəcək qurum olaraq təyin edilib. ISB, həmçinin 2015-ci il Avropa Oyunları üçün Beynəlxalq Teleyayım Mərkəzinin layihəsini işləyib hazırlayacaq və həmin mərkəzi idarə edəcək.

Gənclər və idman naziri və BAOƏK-in baş icraçı direktoru Azad Rəhimov deyib: "Hərtərəfli teleyayım təkliflərinə malik olma strategiyamızın mühüm hissəsi olub Avropa Oyunlarının uğurlu yayımını təmin edir və biz Beynəlxalq İdman Yayımı Şirkətində mükəmməl tərəfdaşımızı görürük. Manolo Romero və onun komandası bizə Avropa idmançılarının çıxışlarını, habelə ölkəmizin tarixini və mədəniyyətini dünya izləyicilərinə nümayiş etdirməkdə yardımçı olacaq".

AOK prezidenti Patrik Hiki bildirib: "Bu, yalnız 2015-ci il Bakı Avropa Oyunlarının teleyayımı üçün deyil, həm də Avropa Oyunlarının uzunmüddətli dayanıqlı inkişafı üçün çox müsbət xəbərdir. Bu göstərir ki, Avropa Oyunları həyati qabiliyyətli məhsul olub Avropada və dünyada əhəmiyyətli TV izləyiciləri idarə etmək iqtidarındadır. Eyni zamanda, bu, gələcək buraxılışlar üçün ciddi kommersiya tərəfdaşlarını cəlb etməyə yardımçı olacaq. Bütün bu deyilənlərdən əlavə, mən məmnunam ki, Avropanın elit idmançıları öz istedadlarını nümayiş etdirmək üçün müvafiq teleyayım platformasına malik olacaqlar".

M.Romero deyib: "Biz dünyanın bir çox mühüm tədbirlərini yayımlamaq imkanına malik olduğumuz üçün çox xoşbəxtik, həmçinin tədbirlərin əhatə dairəsinin genişlənməsinə yardımçı olmaq kimi nadir fürsətə malikik. Biz qətiyyətlə inanırıq ki, Avropa Oyunları dünyanın növbəti möhtəşəm idman tamaşalarından biri olacaq. Biz bu Oyunları Avropaya və dünyanın qalan hissəsinə yayım edəcək şirkət olaraq seçilməyimizdən və Bakı ilə tərəfdaş olub onun dinamik və sürətlə inkişaf edən mədəniyyətini nümayiş etdirəcəyimizdən qürur duyuruq".

2015-ci il Avropa Oyunları irsini dəstəkləmək məqsədilə Beynəlxalq İdman Yayımı Şirkəti Avropa Oyunları ərəfəsində və müddətində Azərbaycandan olan idman yayımı üzrə peşəkar mütəxəssislər üçün təcrübi treninqlər və məşğələlər keçirməklə onlarla çalışacaq.

BAOƏK-in baş əməliyyat təmsilçisi Cim Şerr deyib: "Bu bəyanat Avropa Oyunları üçün mühüm mərhələ təşkil edir və Beynəlxalq İdman Yayımı Şirkətində dünya lideri olan şirkətlə tərəfdaşlıq etməkdən məmnuniyyət duyuruq. İdmançılar, Milli Olimpiya komitələri və idman federasiyaları əmin ola bilərlər ki, Beynəlxalq İdman Yayımı Şirkətinin fəaliyyəti ərzində Avropa Oyunları Avropanın ən yaxşı idmançılarına münasib, mümkün ən geniş teleyayım imkanlarına malik olacaq".

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları haqqında

"Bakı 2015" ilk Avropa Oyunları olacaq və Avropanın 49 olimpiya ölkəsindən 18 idman növü üzrə 5400 atlet bu Oyunlara qatılacaq. Oyunlara rəhbərliyi onu təşkil edən və tənzimləyən Avropa Olimpiya Komitəsi (AOK) edəcək. Bu Oyunların əsası 9 dekabr 2012-ci il tarixində İtaliyanın paytaxtı Roma şəhərində Avropa Olimpiya Komitəsinin Ümumi Yığıncağında Avropanın Milli Olimpiya komitələrinin (MOK-lar) əksəriyyətinin Avropa Oyunlarının yaradılması lehinə səs verməsi nəticəsində qoyulub. Məhz həmin Ümumi Yığıncaqda MOK-lar inauqurasiya Oyunlarının yenə də əksər səs çoxluğu ilə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsinə qərar verin.Daha ətraflı məlumat üçün: www.baku2015.com

2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları və dövri yeniliklər üçün son məlumatlarla aşağıdakı ünvanlarda tanış olmaq mümkündür:

Facebook www.facebook.com/baku2015
YouTube www.youtube.com/baku2015
Twitter www.twitter.com/BakuGames2015

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Abşeron rayonunda şahmat üzrə rayon birinciliyi keçirilmişdir
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Abşeron rayonunda şahmat üzrə rayon birinciliyi keçirilmişdir
Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri
Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri
Azərbaycanın uğurlu enerji siyasəti...
Azərbaycanın uğurlu enerji siyasəti...
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir