Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Süfrəyə dad, orqanizmə qüvvət, dəriyə gözəllik verir

Tarix:14-03-2018, 19:00

Süfrəyə dad, orqanizmə qüvvət, dəriyə gözəllik verir


Hil yalnız Novruz bayramı və bayram şirniyyatları süfrəsindəki xörək və şirniyyatlara dad qatan ədviyyat deyil, bütün dünyada populyardır. Qədim dövrlərdə “cənnət ədviyyatı” adlandırılan hil zəfəran və vanildən sonra ən bahalı ədivalardan sayılır.

Ondan təkcə kulinariyada deyil, həmçinin, ətir istehsalında, tonik, dodaq nəmləndiricisi kimi məhsulların pis qoxularını aradan qaldırmaq üçün istifadə edilir.

Hilin vətəni Hindistan olsa da, onu Şri-Lanka, Çin, Afrika və Amerikada da becərirlər. Qabığının rəngi sarımtıl-yaşıl, toxumu isə qırmızımtıl-qəhvəyidir. Kəskin qoxusu və yandırıcı tamı var.

Ona olan tələbatın əsas səbəbi özünəməxsus ətri ilə yanaşı, həm də sağlamlıq üçün əhəmiyyətli olmasıdır. Soyuqdəymənin qısa zamanda aradan qaldırılması və hipertoniya xəstəliyindən əziyyət çəkənlərin ondan istifadə etməsi çox müsbət təsir göstərir. Güclü afrodiziak təsirə malik bitki olduğuna görə müntəzəm istifadə olunduqda cinsi fəallığı artır, həzm prosesini yaxşılaşır. Ona görə də yeməkdən sonra toxumlarını çeynəmək lazımdır. Eyni zamanda tər və ağız qoxusunu aradan qaldırır. Hildən hipoasid qastrit, ürəkbulanma, qaraciyər ağrısı, böyrək daşının müalicəsi üçün də istifadə edilir, revmatizm, öskürək, zökəmdə də səmərəli müalicə vasitəsidir. Hindistanda hil kökündən stimullaşdırıcı vasitə kimi, həmçinin, qanlı ishalda istifadə olunur. Təbii antiseptik kimi orqanizmdə olan zərərli mikroorqanizmlərlə mübarizə aparır. Ürək fəaliyyətini yaxşılaşdır, beyni stimullaşdırır, yorğunluq və halsızlığı aradan qaldırır. Kofeinin orqanizmə mənfi təsirini azaltmaqla yanaşı, çaya əla dad verir. Hil yağının mütəmadi olaraq istifadəsi üzdəki qırışları və yaşlılıq ləkələrini azaldır.

1 stəkan qaynadılmış suya üçdəbir çay qaşığı hil tozu əlavə edilərək 10 dəqiqə dəmlənir, gündə 3 dəfə yeməkdən sonra qəbul edilməsi tüpürcək vəzilərinin fəaliyyətini artırır, iştahanı yaxşılaşdırır.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident