Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Məşhur uşaq jurnalı Xırdalan bağçasından yazdı

Tarix:16-03-2018, 03:22

Məşhur uşaq jurnalı Xırdalan bağçasından yazdı


“Kəpənək” jurnalında Xırdalan şəhər 1 saylı körpələr evi-uşaq bağçasının fəaliyyətinə həsr olunmuş məqalə çap olunub.

“Xırdalanda balaca körpələrə yaradılan xoşbəxtlik” başlıqlı çap edilmiş məqalədə qeyd edilir ki, Azərbaycanda hər sahədə olduğu kimi məktəbəqədər təhsil sahəsində də çox böyük irəliləyişlər əldə edilib. Sözsüz ki, bu inkişafa cənab Prezident İlham Əliyev və Vitse Prezident Mehriban xanım Əliyevanın körpələrə göstərdiyi xüsusi diqqət və qayğısının nəticəsində nail olunub. Ölkədə fəaliyyət göstərən bağçaların maddi texniki bazalarının gücləndirilməsi, yeni-yeni tərbiyə müəssisələrinin tikilərək istifadəyə verilməsi, bağçaların müasir dövrün standartlarına uyğunlaşdırılması, binalarının təmir edilməsi, istilik sistemlərinin yenidən qurulması, dam örtüklərinin dəyişdirilməsi, ərzaq təminatının yaxşılaşdırılması, tədris prosesinin keyfiyyətinin artırılması və sair bu kimi görülən işlərin əsas qayəsi fidanlarımızın düzgün və sağlam tərbiyə olunmasına, onların bir fərd kimi yetişməsinə xidmət edən başlıca amillərdəndir.

Cənab Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il taraixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan körpələr evi-uşaq bağçaları yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Bununla da bağçalarda yeni inkişaf xətti formalaşıb. Belə ki, Abşeron rayonunda məktəbəqədər təhsil sistemi daim Rayon İcra Hakimiyyətinin rəhbərliyinin diqqətində olub, onların fəaliyyətinin səmərəliliyini artırılması istiqamətində lazimi tədbirlər həyata keçirilib. Son illərdə rayonun uşaq bağçalarında aparılan yenidənqurma işlərini də fəxrlə qeyd etmək olar. Eyni zamanda rayon ərazisində 2016-cı ilə 3, 2017-ci ildə isə 2 yeni körpələr evi-uşaq bağçası inşa edilərək sakinlərin istifadəsinə verilib. Bu gün də yeni bağçaların inşası davam etdirilməkdədir. Bu gün uşaqların xüsusi qayğı ilə əhatə olunması üçün bağçalarda hər cür şərait yaradılıb, müasir tələblərə tam cavab verməklə bütün zəruri avadanlıqla təmin edilib.

Hər il olduğu kimi 2017-ci ildə də Abşeron rayonun təhsil müəssisələrinin normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində işlər həyata keçirilib. Abşeron rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədovanın tapşırığına əsasən rayonun daxili imkanları hesabına Xırdalan şəhərinin 1 və 15 saylı uşaq bağçalarının binaları təmir edilərək ətrafı abadlaşdırılıb. Bütün bunlar cənab Prezident İlham Əliyevin Abşeron rayonunun inkişafına və onun sakinlərinin rifahının artırılmasına göstərdiyi böyük diqqət və qayğısını təsdiq edir.

Qonağı olduğumuz Abşeron rayon Xırdalan şəhər 1 saylı körpələr evi uşaq bağçasının müdiri Vüsalə Məşədiyevanın sözlərinə görə, bağçanın bugünki inkişafa nail olmasında Abşeron Rayon İcra Hakimiyyətinin başçısının böyük rolu olub. Təmirdən sonra bağçada tədrisin keyfiyyəti, tədbirlərin sayı və valideynlərin məmnunluğu artıb. Hazırda təkcə 1 saylı bağçada deyil, bütün Abşeron rayonunda hər kəs İradə xanım Gülməmmədovanın onlara göstərdiyi diqqətdən, ən kiçik promlemlərinə belə həssaslıqla yanaşmasından, əhali ilə yerlərdə görüşməsindən, onların problemləri ilə ətraflı şəkildə maraqlanaraq yerindəcə həll etməsindən danışırlar.

Baş çəkdiyimiz bağçanın son illər əldə etdiyi nəticə təkcə müəllimlərin deyil, eyni zamanda söhbətləşdiyimiz valideynləri də sevindirir. Xırdalan bağçalarında uşaqlarının təlim-tərbiyə görməsindən məmnunluqlarını ifadə edən sakinlər son illər ərzaq təminatının yaxşılaşması, bağçalarımızda şəhər mədəniyyətinin və mühitinin formalaşmasını, övladlarının məktəbə tam hazır formada yetişdirilməsini, hələ bağçada ikən rəqəmləri, hərfləri mənimsədiklərini bildiriblər. Bağçalarda “açıq qapı” günlərinin, açıq məşğələlərin və eləcə də müxtəlif bayramların tez-tez keçirildiyini vurğulayan valideynlər bu kimi tədbirlərin uşaqların inkişafında xüsusi rol oynadığını qeyd ediblər. Artıq 1 saylı bağçanın yetirmələri də rayon səviyyəli tədbirlərin fəal iştirakçılarına çevriliblər. Ona görə də bağça müəllimlərimizin bizim gələcəyimiz olan körpələrin əllərindən tutaraq onlara uğur qapılarını açdıqlarını əminliklə söyləyə bilərik. Gözəl müəllim heyəti və digər işçiləri ilə bir ailə aurası yaradan 1 saylı bağça haqqında isə fikrim bele oldu:

“Müəllimlik ele bir peşədir ki, məkanı şəhər, qəsəbə, kənd olsun, fərq etməz. O öz işini sevirsə, ona baxan gözlər dünyaya gözəl baxacaq, onun fidanları müəllimin verdiyi biliklər və düzgün nəsihətlər ilə çiçəklənəcəkdir.”

“Kəpənək” jurnalını səmimi və sevgi ilə qarşılayan bu isti yuva haqqında nə yazsaq da az olar. Hər şey ancaq üzümüzə “xoş gəlmisiniz” ilə açılan qapıdan və gülümsəyərək bizə yol göstərən insanların baxışlarında başladı. Bu bağça, demək olar ki, insanın özünü cənnətdə kimi hiss ede biləcəyi bir yerdir və biz qonaqpərvər kollektivi, sevgi dolu baxışlı uşaqların əhatəsindən istəmədən də olsa, uzaqlaşmalı olduq.

Müəllif məqalənin sonunda yazır ki, “Kəpənək” jurnalı olaraq biz də uşaqlara və rayonun hər bir fərdinə göstərdiyi diqqət və qayğıya görə Abşeron Rayon İcra Hakimiyyətinın başçısı İradə xanım Gülməmmədovaya öz dərin təşəkkürümüzü bildirir, Xırdalan 1 saylı bağçanın mehriban kollektivinə və balaca incilərinə isə uğurlar arzu edirik.

Məşhur uşaq jurnalı Xırdalan bağçasından yazdı
Məşhur uşaq jurnalı Xırdalan bağçasından yazdı

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir