Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Süfrələr yaraşığı, məclislər bəzəyi və... sağlamlıq vasitəsi.

Tarix:27-03-2018, 14:32

Süfrələr yaraşığı, məclislər bəzəyi və... sağlamlıq vasitəsi.


Badam süfrələr yaraşığı, məclislər bəzəyidir. Qənnadı sənayesində onun şirin ləpələrindən istifadə edilərək müxtəlif şirniyyatlar hazırlanır. Lakin badam müalicə vasitəsi
kimi tibdə də geniş istifadə olunur.

Badam ləpələri doymamış yağ turşuları və bitki zülallarının təbii mənbəyidir və həmin maddələr orqanizmdə rahat mənimsənilir. Tərkibində olan zülallar orqanizm üçün vacib və əvəzolunmayan aminturşuları ilə zəngindir. Badam ləpəsində sümüklərin inkişafı və möhkəmlənməsi üçün faydalı olan bir sıra mineral, vitamin və fermentlər, xüsusilə kalsium, manqan, fosfor və maqneziumla zəngindir. Acı badamın tərkibində amiqdalin qlikozidin olması ləpəyə acı dad və özünəməxsus qoxu verir.

Tərkibindəki külli miqdarda E vitamini orqanizmə güclü antioksidant təsir göstərir. Qidalanma zamanı badamdan istifadə ediləndə orqanizm qrip, soyuqdəymə və virus infeksiyalarına qarşı daha dözümlü olur. Toxum qabığının tərkibində olan maddələr virus infeksiyasına yoluxanların sağalmasını sürətləndirir.

Şirin badam xalq təbabətində qanazlığı, yuxusuzluq, miqren və şəkərli diabet kimi bəzi xəstəliklər zamanı istifadə edilir. Badam qara ciyərin və dalağın işini yaxşılaşdırır, yüngül ödqovucu təsir göstərir, həzmi və iştahanı normallaşdıraraq yumşaldıcı təsir göstərir. Tərkibindəki minerallar sayəsində dərinin su-lipid balansını təmin edərək onu nəmləndirir, yumşaldır və hüceyrələrin regenerasiya prosesini stimulə edir.

Badamı qiymətli edən onun tərkibində yüksək miqdarda olan yağlardır. Acı badamda 45, şirin badamda isə 62 faiz yağ olur və onu soyuq presləmə yolu ilə alanda öz müalicəvi xüsusiyyətlərini saxlayır. Əczaçılıqda dərialtı inyeksiyaların, məlhəm və şamların hazırlanmasında istifadə olunur. Acı badam yağının tərkibində olan amiqdalin qlikozidi və sianid turşusuna görə daxilə qəbul edilməsi çox təhlükəlidir və onun yalnız xaricə istifadəsi məsləhətdir.

Şirin badam yağı isə həm daxilə, həm də xaricə istifadə edilir. Qəbizlik, pnevmoniya, bronxial astma və otit zamanı daxilə qəbul edilən şirin badam yağının müalicəvi təsirləri var. Yuxunu yaxşılaşdırır, zehni qabiliyyəti artırır.

Onunla masaj ediləndə asanlıqla sorulur, allergik reaksiya vermədən dərini nəmləndirir, qidalandırır və yenilənməni sürətləndirir. Üz dərisi və kirpiklərdən kosmetik vasitələrin silinməsi üçün ideal vasitədir. Badam yağı saç köklərini qidalandıraraq möhkəmləndirir, tüklərin elastiklik və parlaqlığını artırır.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident