Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Zeytunun faydaları

Tarix:8-04-2018, 15:21

Zeytunun faydaları


Zeytun 5-11 metr hündürlüyə qədər qalxa bilən həmişəyaşıl zeytun ağacının meyvəsidir. Zeytunun çox da enli olmayan gövdəsi, nazik budaqları, uzun və dar yarpaqları olur. Zeytun yarpaqları boza çalan yaşı rəngdə, uzunluğu 2-4, eni isə 1-2 santimetr ölçüdə, şiş uclu və yumşaq olur. Zeytunun bir-çeçə növü var. Onun yarpaqlarının rəngi növündən asılı olaraq dəyişir. Növündən asılı olaraq zeytun yarpaqları yaşıl, boz-yaşıl,qara, və tünd-bənövşəyi olur. Zeytunun meyvələri ağac çiçəklədikdən 4-5 ay sonra formalaşır. Ağac aprel ayından çiçəklənməyə başlayır və mayın sonuna qədər çiçəklənmə davam edə bilir. Zeytun ağacı 20 il bar vermək qabiliyyətinə malikdir. Zeytun ağaclarının əksəriyyəti növbələşmə ilə bar verir. Yəni, ağacların çoxu bir ildən bir bar verir. Hətta iki ildən bir bar verən zeytun ağacları da var. Zeytun meyvəsindən qədim zamanlardan zeytun yağı alınır.Bu ağac yabanı halda bitmir. Zeytunun vətəni Aralıq dənizi ölkələri hesab edilir. Bu ağacın iki min əvvələr də yetişməsi barədə əlyazmalarda qeydlərə rast gəlinib. Azərbaycanda da qədim zamanlarda zeytunun yetişdirilməsi ilə məşğul olunub. Ən çox da Abşeron bölgəsində zeytun ağacının yetişdilməsi planlı surətdə həyata keçirilir. Nardaranda 180-200 ildir ki, zeytun yetişdirilir.
Zeytundan istifadə edərkən onun süni surətdə yaradılmış zeytun olmadığını anlamaq lazımdır. Belə zeytun süni kimyəvi rənglərlə boyanır və onun tərkibində E 579 kimyəvi qatqı var. Bu zeytunun rəngi zil qara və parlaq olur ki, bu da təbii rəng deyil.
Zeytunun Tərkibi
Zeytunun tərkibində yüksək keyfiyyətli yağlar var. Bu bitki yağının qida və enerji dəyəri çox yüksəkdir. Zeytunun tərkibini 6% zülallar, 9% liflər, 23% su, pektin maddəsi, 56% yağlar, şəkər, karotin, B, C vitaminləri, kalium, kalsium, qlikozidlərlə zəngindir. Zeytunun tərkibində olan maddələr hüceyrə membranının möhkəmlənməsinə və onun selikli qişasının sağlamlaşmasına səbəb olur.
Zeytunun Xeyri
Zeytun mədənin, mədəaltı vəzin, qaraciyər və ürək-damar sisteminin yaxşılaşmasına səbəb olur. O yaraların sağalmasını sürətləndirir, orqanizmin toksinlərdən və şlaklardan təmizlənməsinə səbəb olur.
Zeytun yemək yaşlı adamların sümük toxumasını möhkəmləndirir və qara ciyər fəaliyyətini yaxşılaşdırır.
Dietoloqlar pasiyentlərinə qara zeytun yeməyi məsləhət bilmir. Bunun dəbəbi isə qara zeytunun tərkibində duzların miqdarının yaşıl zeytuna nisbətən daha az olmasıdır. Onların fikrinə görə pəhriz saxlayanların çoxlu qara zeytun yeməsi mədə yaralarını əmələ gəlməsinə səbəb ola bilir. Ayda ən azı 20 zeytun yemək diş daşlarının, öd kisəsi, sidik kisəsi və böyrəklərdə daşların əmələ gəlməsinin qaşısını alır. Zeytun yağı içmək böyrəklərdəki qumların və duzların tökülməsinə səbəb olur.
Zeytun yağı ən keyfiyyətli yağ hesab edilir. Yağın tərkibində olan süzülməmiş yağ turşuları ( stearin, olein, palmitin) qanda xolesterinin miqdarının aşağı düşməsinə, orqanizmin qocalmasının qarşısını alınmasına səbəb olur. Zeytun və zeytun yağı Aralıq dənizi bölgələrinin ən vacib qidalarındandır. Zeyutun yağının tərkibində olan antioksidantlar xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. O dəri və bağırsaq xərçənginin inkişafını ləngidir, öd kisəsinin fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, mədənin selikli qişasını bərpa edir. Konservləşdirilmiş zeytun yağı da təbii yollarla əldə edilmiş zeytun yağı qədər orqanizm üçün çox faydalıdır. Zeytun yağını dəri yanıqlarılna, kəsiklərə, sıyrıqlara və ağcaqanad dişləyən nahiyələrə sürtdükdə yaraların sağalması sürtətlənir. Zeytun yağını yumurta sarısı ilə qarışdırıb üzə sürtdükdə dərinin tonusu artır, dəri hüceyrələri təzələnir. Zeytun yağı ilə hazırlanmış şampunlar da saçların sağlamlığının artmasına səbəb olur. Zeytun yarpaqlarından dəmlənmiş çay arterial təzyiqi aşağı salır.
Zeytunun Ziyanı
Zeytunun praktikada heç bir zərərinə rast gəlinməyib.
Bəzi hallarda ondan istifadə etmək narahatçılıqlara səbəb olur. Bu isə ən çox özünü xolisistit xəstəliyi zamanı zeytun yağı içdikdə göstərir. Bu zaman ödün ifrazı sürətlənir. Piylənmədən əziyyət çəkənlər zeytundan istifadə edərkən onun miqdarına nəzarət etmələrindəıı fayda var. Qara zeytun yeyərkən diqqətli olmaq lazımdır.
Onun texniki işlənməsi zamanı istifadə edilən maddələr orqanizm üçün zərərli ola bilir.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident