Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Özəyi yeyilir, toxumundan dərman hazırlanır

Tarix:12-04-2018, 18:37

Özəyi yeyilir, toxumundan dərman hazırlanır


Qanqal yollarda, tarlaların kənarlarında, biçənək və otlaqlarda bitən çox geniş yayılmış bitkidir. Onun yazın əvvəlində yetişən şirəli özəyini böyükdən kiçiyə hamı xoşlayır.

Tibdə ləkəli alaqanqal adlandırılan bitkidən həm də müalicə vasitəsi kimi bir sıra xəstəliklər zamanı istifadə olunur. Hələ 2 min il bundan əvvəl qanqalın adı Qədim Romada tibbi mövzuda yazılan elmi əsərlərdə çəkilir və ondan qaraciyər xəstəliklərinin müalicəsində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qaraciyər xəstəlikləri zamanı tətbiq edirdilər.

XX əsrdə Almaniyanın Münhen Əczaçılıq İnstitutunda qanqalın qaraciyərə pozitiv təsiri təsdiq olundu. Qanqal dünya əczaçılıq sənayesində qaraciyərin fəaliyyətini yaxşılaşdıran müxtəlif dərman preparatlarının tərkibinə daxil edildi. Həmin dərmanlar qaraciyər, öd kisəsi xəstəlikləri və pozulmaları zamanı təyin olunur.

Xalq təbabətində qanqal çox geniş istifadə olunur. Bu bitki ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit, kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur. Qanqaldan dəmləmə, yağ və müalicəvi toz hazırlayırlar. Bitkinin ən xeyirli hissəsi onun toxumlarıdır.

Qanqalın toxumları yığılır, qəhvəüyüdən maşında, yaxud həvəngdəstədə döyülərək toz halına salınır. Gündə 3-4 dəfə 1 çay qaşığı olmaqla yeməkdən 20-30 dəqiqə əvvəl qəbul olunur. Müalicə kursu 1 ay aparılandan sonra 1 ay fasilə verilir və yenidən 1 ay təkrar edilir.

Qanqaldan dəmləmə hazırlamaq üçün 1 çay qaşığı qanqal toxumu 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənilir, süzülür, nahardan və axşam yatmazdan əvvəl yarım stəkan qəbul edilir. Dəmləmə aterosklerozla mübarizəyə kömək edir, mədə-bağırsaq, ginekoloji xəstəliklər zamanı istifadə olunur. Belə dəmləmə həmçinin qaraciyəri yaxşı təmizləyir, öddə olan durğunluğu aradan qaldırır.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident