Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Microsoft”la əməkdaşlığımız inkişaf edir.

Tarix:13-04-2018, 14:14

 “Microsoft”la əməkdaşlığımız inkişaf edir.


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə İdarə Heyətinin üzvü, MDB ölkələri üzrə baş direktoru Ronald Binkofskinin başcılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə R.Quluzadə bildirib ki, "Microsoft" şirkəti ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və belə görüşlər əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır.

Nazir ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib. Nazir son illər Azərbaycan hökuməti tərəfindən piratçılığa, o cümlədən kompüter piratçılığına qarşı mübarizə çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər barədə də danışıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Microsoft Azərbaycan” şirkəti arasında yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması sahəsində faydalı əməkdaşlığa toxunan nazir bu əməkdaşlığın uğurlu nəticələr verdiyini qeyd edib. R.Binkofski nümayəndə heyəti adından səmimi qəbula və məhsuldar müzakirələrə görə təşəkkürünü ifadə edib. O, Azərbaycanla birgə səmərəli əməkdaşlığın inkişafından məmnun olduqlarını qeyd edib.

Eyni zamanda görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Microsoft Azərbaycan” şirkəti ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Qabaqcıl texnologiyaların tətbiqi üzrə birgə İşçi Qrup çərçivəsində əməkdaşlıq, startapçılar üçün münbit şərait və ekosistemin yaradılması prosesinə qabaqcıl təcrübəyə malik "Microsoft" şirkətinin cəlb olunması, nazirliyin fəaliyyətinin rəqəmli texnologiyalara transformasiya olunması üzrə təhlükəsiz proqram təminatı ilə təchizat və s. kimi məsələlər də müzakirə mövzusu olub.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident