Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bağbanın bilməli olduğu 3 vacib şərtdən biri: Gövdə ətrafının düzgün bellənməsi.

Tarix:17-04-2018, 12:41

Bağbanın bilməli olduğu 3 vacib şərtdən biri: Gövdə ətrafının düzgün bellənməsi.


Yazın gəlişi, havaların gündən-günə istilənməsi bütün təbiəti oyatdığı üçün bağlarda, baxçalarda tumurcuqlayan, çiçəkləyən və yarpaqlayan meyvə ağacları özlərinə intensiv qulluq tələb edirlər.
Təbii ki, mövsümün sonunda bağından bol məhsul toplamaq istəyən kəndli min-bir zəhmətdən sonra nəinki istədiyi qədər məhsulu yığa bilmir, hətta çox vaxtı ağacının quruduğunu görür.

Yaz vaxtı kökün normal tənəffüs və sualma qabiliyyətini artırmaq üçün ilk növbədə mütləq ağacın gövdə ətrafı bellənməli və torpaq yumşaldılmalıdr.

Lakin bir qayda olaraq bilmək lazımdır ki, köklər mərkəzdən kənara doğru düzünə istiqamətdə yerləşdiyi üçün belin ağzının gövdəyə paralel vurulması düzgün deyil. Əgər ağaclarda gövdə ətrafı bu cür bellənərsə köklər kəsilər və bu da sonradan ağacın zədələnməsinə, yaxud bütünlüklə qurumasına səbəb ola bilər. Ona görə də bel ağac ətrafında gövdəyə köndələn qoyulmalı və köklər burada həm gövdənin özünə, həm də torpaq altında bir-birinə yaxın olduqlarına görə 5-6 santimetr dərinlikdə qazılmalıdır. Gövdədən uzaqlaşdıqca belin dərinliyi tədricən artırılmalıdır. Artıq gövdədən 20-30 santimetr aralandıqdan sonra beli torpağın 25-30 santimetrinədək dərininə salmaq olar. Əvvəlcə gövdəyə yaxın yerdə beli zəif şəkildə köndələn vurmaqla, sonra isə gövdə ətrafında bir qədər dərinə salmaqla köklərin kəsilmə ehtimalının qarşısı alınmalıdır.

“Gövdə ətrafı dairə gövdədən təxminən 50-60 santimetr aralı radiusda, gövdə ətrafında isə təxminən bir metrə qədər diametrdə ola bilər. Məhz bir metrlik dairənin daxilində torpaq mütləq yumşaldılmalı və köklərin normal inkişafı üçün şərait yaradılmalıdır. Gövdə ətrafının yaz bellənməsi həm köklərin qışdan yığdığı rütubətin həddən artıq çox toplanmasının qarşısını alır, həm də təbəxuru (buxarlanma) artırır. Eyni zamanda, sonrakı mərhələdə torpaq yumşaldığından köklərin tənəffüs prosesi güclənir və yürüstü hissənin normal inkişafı gələcəkdə təmin olunur. Məlum proses yerinə yetirildikdən sonra isə ağac gövdəsinin yazda gün yanğısından qarşısını almaq üçün gövdə mütləq əhənglə ağardılmaldır”.

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib