Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Zərifə Əliyevanın doğum günüdür

Tarix:28-04-2018, 16:21
Baxış Sayı:750

Zərifə Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümüdür.

Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 1942-ci ildə orta məktəbi qurtardıqdan sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirib. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmolgiya üzrə ixtisaslaşdırma kursu keçib.1950-ci ildə Zərifə Əliyeva aspiranturaya daxil olub və 1953-cü ildə oranı bitirib.

1957-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-cı ildən 1967-ci ilədək böyük elmi işçi, 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb. 1977-ci ildə tibb elmləri doktoru alimlik dərəcəsi alıb.

1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülüb.

Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb.

Eyni zamanda, o, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və s.əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri xiyabanda - atasının məzarı yanında dəfn olunub.

İradə Gülməmmədova bayram ərəfəsində şəhid Səbuhi Məcidovun ailəsinə baş çəkdi
İradə Gülməmmədova bayram ərəfəsində şəhid Səbuhi Məcidovun ailəsinə baş çəkdi
Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçiriləcək
Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçiriləcək
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci illiyi münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kompaniyası keçirilib
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci illiyi münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kompaniyası keçirilib
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirildi
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirildi
Abşeronda 5 May “Xalçaçı Günü” qeyd olundu
Abşeronda 5 May “Xalçaçı Günü” qeyd olundu
“Qarabağ inciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
“Qarabağ inciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Şuşaya yeni magistral su kəməri çəkiləcək
Şuşaya yeni magistral su kəməri çəkiləcək
Xalq şairi Fikrət Qoca vəfat edib
Xalq şairi Fikrət Qoca vəfat edib
Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları ilə sərnişin daşımaları bərpa edilir.
Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları ilə sərnişin daşımaları bərpa edilir.
Şəhid Fərid Məmmədovun doğum günü ərəfəsində baralyefinin açılışı olub
Şəhid Fərid Məmmədovun doğum günü ərəfəsində baralyefinin açılışı olub
Azərbaycan regionun inkişaf açarıdır
Azərbaycan regionun inkişaf açarıdır
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi
Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi
Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi
Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun qovşaqlarının mərkəzinə çevirəcək
Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun qovşaqlarının mərkəzinə çevirəcək
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar
Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt şəkildə xəbərdarlıq edib
Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt şəkildə xəbərdarlıq edib
Ermənilər tarix boyu törətdikləri cinayətlərə və Xocalı soyqırımına görə cavab verməlidirlər
Ermənilər tarix boyu törətdikləri cinayətlərə və Xocalı soyqırımına  görə cavab verməlidirlər
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir