"Telegram" mesencerinin işində nasazlıq yaranıb.
Bu barədə "Telegram"ın qurucusu Pavel Durov öz Twitter hesabında yazıb.
Nasazlıqların Avropa ərazisində müşahidə olunduğu bildirilir.
Durov müvəqqəti çətinliklərə görə istifadəçilərdən üzr istəyib. O hal-hazırda mütəxəssislərin problemin aradan qaldırılması üzərində çalışdığını bildirib.