Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Avropa İttifaqı və BMT İP Azərbaycanda yeni sistem yaradırlar

Tarix:31-10-2018, 19:53

Avropa İttifaqı və BMT İP Azərbaycanda yeni sistem yaradırlar


Bu gün Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi adlı qrant proqramı çərçivəsində “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfrans təşkil olunги. Tədbirə 100 nəfərdən artıq dövlət, özəl sektor və təhsil ocaqlarının nümayəndəsi qatılaraq Azərbaycanda vətəndaşların qeyri-formal və informal təhsil üsulları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması qaydaları haqqında fikir mübadiləsi aparıb və bu sahədə mövcud beynəlxalq təcrübə ilə tanış olublar.

Qeyri-formal təhsil və əvvəlki təlimin tanınması və təsdiqlənməsi praktikası dünyanın bir çox ölkələrində tədbiq edilir. Burada fərdi şəxslərin formal təhsil və təlim sistemindən kənarda müxtəlif öyrənmə mühitində və fərqli üsullarla, əsasən də praktiki olaraq əldə etdiyi bilik, bacarıq və səriştələrin müəyyən edilməsi, qiymətləndirilməsi və tanınması prosesi nəzərdə tutulur. İnformal və qeyri-formal kontekstlərdə əldə edilmiş bu səriştələrin yoxlanılması və tanınması mexanizmləri hər ölkənin təhsil sisteminin xüsusiyyətlərini nəzərə alaraq qurulur. Son illərdə Azərbaycanda belə bir sistemin ilk dəfə olaraq yaradılmasına böyük zərurətin olduğu bir sıra mühüm dövlət proqramlarından bəlli olur.

Belə ki, 2015-ci ildə təsdiq olunmuş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında informal və qeyri-formal üsullarla əldə olunmuş səriştələrin tanınması üçün yeni bir sistemin tətbiqi nəzərdə tutulur. Fəaliyyət Planı ilə yanaşı, həmçinin Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair strateji yol xəritəsi də, Azərbaycanda yüksək ixtisaslı kadr bazasının gücləndirilməsi və alternativ təhsil vasitəsi ilə peşə səriştələrinin artırılması imkanlarını dəstəkləyir.

Avropa İttifaqı və BMTİP tərəfindən həyata keçirilən Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi layihəsi Hökumətin məhz bu səylərinə dəstək verərək, təhsilin keyfiyyətini və təhsil sahəsində bərabərliyi artırmağa yönəlibdir. Layihə həmçinin milli peşə təhsili və təlim sisteminin Avropa standartları və ən qabaqcıl təcrübələrlə uyğunluğunu təmin etmək məqsədi daşıyır.

Azərbaycanda atılan bu addımların təzahürü və davamı olaraq, Avropa Birliyi və BMT-nin İnkişaf Proqramı Gəncə Dövlət Peşə Təhsil Mərkəzində əvvəlki təhsilin tanınması mexanizminin yaradılması və pilot qaydada həyata keçirilməsi ilə bağlı səylərə dəstək göstərirlər. Belə ki, cari ilin yazından etibarən Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi proqramının tərkib hissəsi olaraq, Aİ və BMTİP “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsini icra edirlər. Birgə fəaliyyət çərçivəsində Aİ və BMTİP həmçinin Qeyri-formal və İnformal Təhsilin Təsdiqlənməsinin (QFİTT) icrasına kömək edəcək metodoloji göstərişlər hazırlamağı nəzərdə tutur. Metodoloji göstərişlər QFİTT qiymətləndirməsi ilə bağlı əsas tələb və prosedurların, eləcə də qiymətləndirmə prosesində iştirak edən bütün maraqlı tərəflərin vəzifə və öhdəliklərinin müəyyən edilməsi, həmçinin QFİTT proseslərinin monitorinqi və keyfiyyət təminatı ilə bağlı tədbirləri əhatə edəcək. Qeyd edək ki, vətəndaşların əvvəlki təhsil və səriştələrinin qiymətləndirilməsini həyata keçirmək üçün Azərbaycanda xüsusi Sertifikatlaşdırma Mərkəzinin yaradılması nəzərdə tutulur. Aİ və BMTİP-in birgə təşəbbüsü olan “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi yeni yaradılacaq Sertifikatlaşdırma Mərkəzi ilə sıx əməkdaşlıq şəraitində davam edəcək.

İnformal və qeyri-formal təhsilin tanınması istiqamətində aparılan layihə fəaliyyətləri Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının maliyyə dəstəyi ilə BMTİP, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən birgə icra ediləcək.
Keyfiyyətli təhsil konsepsiyası 2030-cu il üzrə İnkişaf Proqramının əsasını təşkil edir və həmçinin Qlobal Məqsədlər kimi tanınan 17 Dayanıqlı İnkişaf Məqsədlərindən biridir. Xüsusilə bərabər və inkluziv təhsil imkanlarını hədəf tutan 4-cü Məqsəd: Keyfiyyətli Təhsil hamı üçün əlçatan peşə təhsili ilə əlaqədar bərabər imkanların yaradılması, bu prosesdən heç kimin kənarda qalmamasını və alternativ təhsil üsulları ilə əldə olunmuş səriştələrin əmək bazarında səmərəli istifadəsinin dəstəklənməsini nəzərdə tutur.

Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir