Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq ölkəmizin bütün regionlarında olduğu kimi Abşeron rayonunda da mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun mərkəzi küçələrində, məhəllədaxili yollarında, yaşayış evlərinin fasad və dam örtüklərində, park və meydançalarda, həmçinin, digər infrastruktur sahələrdə yenidənqurma və əsaslı təmir işləri aparılıb. Son illərdə 60-dan çox ünvanda rayonun daxili imkanları ilə əsaslı yenidənqurma işləri aparılaraq nümunəvi məhəllələr yaradılıb. Bununla rayonun ekoloji mühiti xeyli sağlamlaşdırılıb, on minlərlə rayon sakininin, xüsusilə azyaşlı və ahılların istirahəti, asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli şərait təmin olunub.
Hazırda Abşeron Rayon İcra Hakimiyyətinin başçı İradə Gülməmmədovanın tapşırığı və rayonun daxili imkanları hesabına 27-ci məhəllədə “Nümunəvi məhəllə” layihəsi çərçivəsində qanunsuz zəbt edilmiş daş və ya metal torla hasarlanmış ərazilərin sökülərək təmizlənmiş yerlərində eldar şamı ağacının tingləri əkilib və suvarılıb. İlk iməçilik zamanı 300 ting əkilib. Yaşıllıq sahəsinin mühafizəsi və tinglərə vaxtaşırı qulluq üçün də tədbirlər görülüb.
Şamo Əliyev