Google Filippin konfransında Google Station proqramına filippinlilərin də daxil olduğunu açıqladı.
Hindistan, Meksika və Tayland kimi bir çox ölkədə fəaliyyətə başlayan Google Station layihəsi indi Filippində xidmət göstərəcək.
Belə ki, layihə çərçivəsində Filippinin 50 bölgəsinə pulsuz Wi-Fi xidməti veriləcək və fevral ayının sonuna qədər tam şəkildə aktiv ediləcək.
Digər ölkələrdə olduğu kimi hər bir Wi-Fi nöqtəsi 30 dəqiqəlik bir limitə sahib olacaq. 30 dəqiqədən sonra istifadə etməyə davam etmək üçün yenidən daxil olmaq lazımdır. Bunun səbəbi internetin intensivliyi və sürətini müəyyən səviyyədə saxlamaqdır.