Absheron Media
Haqqımızda Bizimlə əlaqə

iPhone SE'nin davamçısı bu il satışa çıxa bilər

Tarix:9-04-2019, 13:40

iPhone SE'nin davamçısı bu il satışa çıxa bilər


Phone SE smartfon modelinin satışa çıxmasından 3 il keçib. Sözügedən smartfon ilk dəfə 2016-cı ilin 21 mart tarixində təqdim olunmuşdu. Son məlumatlara əsasən isə Apple şirkəti artıq bu smartfonun davamçısı üzərində çalışır və onun adı iPhone XE olmalıdır. Şayiələrə əsasən iPhone SE-nin davamçısı bu ilin 3-cü rübündə satışa çıxacaq. Bu barədə Macdigger saytı xəbər verib. PCtablet saytı Foxconn şirkətinin Hindistandakı şöbəsində olan mənbələrinə istinadən xəbər verib ki, iPhone XE modeli iPhone X və iPhone XS modellərinin dizaynlarını, Face ID texnologiyasını və üzərində çıxıntı hissəyə sahib olacaq 4.8 düym ekranı özündə birləşdirəcək.

İPhone XE modeli çərçivəsiz dizayna sahib olacaq. Beləliklə o, Home düyməsi və Touch ID texnologiyasından məhrum olacaq. Smartfonun arxa paneli alüminium materialdan hazırlanacaq. Buna görə də onda naqilsiz şarj texnologiyasının olacağını gözləmək lazım deyil. Məlumatda qeyd edilib ki, iPhone SE-nin davamçısı f/1.8 diafraqmalı 12 MP-lik arxa kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, iPhone XR modeli də bu cür kamera moduluna sahibdir.

Smartfonun əsas texniki göstəriciləri barəsində çox məlumat yoxdur. Lakin görünür, o, Apple A12 Bionic prosessoruna sahib olacaq. Smartfonun bu cür göstəricilərini nəzərə alsaq, güman etmək olar ki, onun qiyməıti 600-800$ təşkil edəcək. Təbii ki, smartfonun qiyməti onun sahib olacağı daxili yaddaş həcmi göstəricisindən asılı olaraq dəyişəcək. Güman olunur ki, iPhone XE-nin istehsalı ilə Apple şirkətinin Hindistandakı partnyoru Wistron şirkəti məşğul olacaq. Belə ki, Foxconn şirkəti flaqman iPhone modellərinin istehsalı ilə məşğul olacaq. Ənənəvi olaraq Apple şirkəti bu cür şaiyələrə fikir bildirmir. Buna görə də yayılmış bu məlumatın düzgün olub-olmadığını söyləmək çətindir.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident