"Apple" şirkəti "iTunes"-ın yeni tətbiqlərinin dayandırılması haqda xəbər yayıb.
Şirkət bu haqda "WWDC 2019" konfransında məlumat yayıb.
"iTunes" əvəzinə şirkət "Musiqi", "TV" və diqər tətbiqlər buraxacaq.
Prezentasiyadan öncə şirkət "iTunes"-ın Facebook və Instagram-da olan bütün yazılarını ləğv edib.
Bütün alınmış mahnılar və pleylistlər "Apple Music" mediatekasına yönəldiləcək.
"iPhone"-la sinxronlaşdırmaq üçün "Finder" proqramından ustıfadə etmək mümkün olacaq.