Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə partiyanın Gənclər Birliyinin ərazi təşkilatlarının sədirləri aztəminatlı ailələrə dəstək məqsədi ilə istifadə etmədikləri geyimlərini ehtiyacı olan gənclərə bağışlayıblar.
Layihəyə əsasən, gənclər özlərinə lazım olmayan əşya və geyimlərini Xırdalan şəhər Musiqi Məktəbinin binasında təşkil etdiyi geyim qəbul nöqtəsinə təhvil veriblər.
Aksiya dövründə toplanmış geyimlər YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin idarə heyətinin üzvlərinin vasitəsilə aztəminatlı ailələrə bağışlanacaq.