Son vaxtlarda maşın interfeysində olduqca əhəmiyyətli addımlar reallaşdırıldı. Bu addımlardan biri də Facebook dəstəkli yeni ixtira yarandı. Düşüncələr, tarixdə ilk dəfə bir göz qırpımında maşın tərəfindən sözlərə çevrilib.
Maşınlar ilə insanlar arasındakı qarşılıqlı təsir də getdikcə artır. Birbaşa beyin dalğalarını istifadə edərək oyunlar oynamaq və mesaj çatdırmaq günümüzdəki texnologiya ilə mümkündür.
Facebook tərəfindən də dəstəklənilən yeni bir araşdırma sayəsində, bir insanın düşüncələri anında yazıya çevrilə bilir. Kaliforniyanın San-Fransisko Universitetində (UCSF) reallaşdırılan ilkin təqdimatda, sistemin müvəffəqiyyətlə işlədiyi müşahidə edildi. Facebook bu xüsusiyyətin yaradılmasını, insanların düşüncələriylə yazı yaza bilməsi üçün, universitetin araşdırmaçıları isə, beləliklə əlillərin yenidən yaza bilməsini və danışa bilməsini təmin etməyi məqsəd güdür.
Sağlam insanlar üçün düşüncələrini anında sözlərə çevirmək üçün bir çətinlik yoxdur. Ancaq iflic, enmə, onurğa şikəstliyi ya da beyin xəstəliyi keçirmiş, danışma qabiliyyəti zərər görmüş insanlar üçün düşüncələrini yazılı şəkildə bildirmək ciddi bir problemdir.