Axundov Vəli Yusif oğlu 14 may 1916-cı ildə Bakıda anadan olmuşdur – tibb alimi.
1941 ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
1964 - tibb elmləri doktoru,
1966 - professor
1969 - Azərbaycan Elmlər Akademiyasının Akademiki)
1946 - 1949 - Azərbaycan Dövlət Tibb İnstitutunda assistent, Q. M. Musabəyov ad. Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunda elmi işçi və direktor, Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
1949 – 1952 Azərbaycan SSR sahiyyə nazirinin müavini
1953 – 54 Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdirinin müavini
1954 – 1958 Azərbaycan SSR sahiyyə naziri
1958 - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
1958 – 59 Azərbaycan SSR Nazirlər Sovetinin sədri,
1959 – 1969 - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləmişdir. 1969 – 1972 - Azərbaycan SSR Elmlər Akademiyasının prezidentinin müavini olmuşdur.
1972 ildən Q. M. Musabəyov ad. Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olmuşdur. Axundov insan sağlamlığı ilə xarici mühit amillərinin münasibəti qanuna uyğunluqlarının öyrənilməsi, ictimai gigiyena, tibbi kibernetika, qida məhsullarında pestisidlərin sirkulyasiyası, Bakının neft rayonlarının sanitariya-epidemiologiyası və s. sahələrdə elmi işlər aparmışdır.
SSRİ Ali Sovetinin (6 və 7-ci çağırış), Azərbaycan SSR Ali Sovetinin (4 – 7-ci çağırış) deputatı olmuşdur.
Lenin ordeni, başqa orden və medallarla təltif olunmuşdur.
Vəli Axundov 1986-cı ildə vəfat etmişdir
Baş Redaktor: Şamo Əliyev