16-cı Beynəlxalq Avroviziya Uşaq Mahnı Müsabiqəsinin keçirilmə tarixi dəqiqləşib.“Belarus 1” telekanalının məlumatına əsasən “Uşaq Avrovizisiyası 2018” noyabrın 25-də Minskdə keçiriləcək.
Qeyd edək ki, 2017-ci ilin sonunda Avropa Yayım İttifaqı Uşaq Avroviziya Mahnı Müsabiqəsinin keçirilmə yeri kimi Belarusu seçmişdi.
Xatırladaq ki, keçən il Uşaq Avroviziya Mahnı Müsabiqəsi Tbilisidə keçirilmişdi.