Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Gənc ifaçıların III Respublika müsabiqəsində Abşeronlu gənc istedadların qələbəsi

Tarix:4-05-2018, 18:07

Gənc ifaçıların III Respublika müsabiqəsində Abşeronlu gənc istedadların qələbəsi

Mayın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş gənc ifaçıların III Respublika müsabiqəsinə yekun vuruldu.

Müsabiqə müxtəlif ixtisaslar üzrə üç yaş qrupunu əhatə edib. İki mərhələdən ibarət müsabiqə Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Bülbül adına Orta ixtisas musiqi məktəbinin təşkilatçılığı ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, müsabiqənin keçirilməsində məqsəd şagird və tələbələr arasında ümummilli lider Heydər Əliyev irsini təbliğ etmək, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaqdır. Nazir müavini qeyd etdi ki, ümummilli lider Heydər Əliyev, ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil, mədəniyyət və musiqisinin inkişafına da xüsusi diqqət və qayğı göstərib. Respublikaya rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyev musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirib.

Firudin Qurbanov sonda müsabiqə iştirakçılarına gələcək sənət yolunda və həyatda uğurlar arzuladı.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olundu.Mükafatlandırılan qaliblər arasında Abşeron rayon Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin tar ixtisası üzrə şagirdləri I və xanəndəlik ixtisası üzrə şagirdi III yer, Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə şagirdi ııı yer və Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin tar ixtisası üzrə şagirdi isə III yerə layiq görülüblər.

Tədbir daha sonra konsert proqramı ilə davam etdi. Konsert proqramında Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və müsabiqənin laureatları çıxış etdilər. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olundu.

Qeyd edək ki, fortepiano, simli musiqi alətləri, xalq çalğı alətləri, vokal ifaçılığı (xanəndə və klassik) və üç yaş kateqoriyası üzrə iki mərhələdə keçirilən müsabiqəyə respublikanın regionları da daxil olmaqla musiqi və incəsənət məktəblərindən 572 nəfər iştirakçı sənəd təqdim edib. Onlardan 215 iştirakçı birinci, 119 iştirakçı isə ikinci mərhələyə seçilib. Münsiflər heyətinin yekun qərarı ilə 124 nəfər laureat və diplomant adına layiq görülüb.

Müsabiqə çərçivəsində həmçinin Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” adlı elmi-praktik konfrans keçirilib.

İlham Manafov

Gənc ifaçıların III Respublika müsabiqəsində Abşeronlu gənc istedadların qələbəsi
Gənc ifaçıların III Respublika müsabiqəsində Abşeronlu gənc istedadların qələbəsi
Gənc ifaçıların III Respublika müsabiqəsində Abşeronlu gənc istedadların qələbəsi
Gənc ifaçıların III Respublika müsabiqəsində Abşeronlu gənc istedadların qələbəsi
Gənc ifaçıların III Respublika müsabiqəsində Abşeronlu gənc istedadların qələbəsi
Gənc ifaçıların III Respublika müsabiqəsində Abşeronlu gənc istedadların qələbəsi
Gənc ifaçıların III Respublika müsabiqəsində Abşeronlu gənc istedadların qələbəsi
Gənc ifaçıların III Respublika müsabiqəsində Abşeronlu gənc istedadların qələbəsi

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident