Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqənin qalibi olmuşlar. Türkiyədəki “Kaspi ART” sanat ve sanatsal eğitim hizmetleri Tic.LTD.ŞTİ-nin təşkilaçılığı ilə online şəkildə müxtəlif nominasiyalar üzrə keçirilən “Caspi Art İnternet Musik&Danse Turkey” beynəlxalq müsabiqəsində, Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri – Nuray Mehdiyeva, Nuranə Salmanova - III sinif - fortepiano-müşayiət – I dərəcəli diplom (müəllim İradə Məmmədova), Bagir Babayev - VIII sinif – tar II dərəcəli diplom (müəllim Mübariz Paşayev), Aysu Yəhyayeva - I sinif - violin solo-diploma layiq görülərək müsabiqənin laureatı adını qazanmışlar.