Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Beynəlxalq elmi konfrans iştirakçıları arxeoloji abidələrlə tanış olublar

Tarix:4-10-2018, 14:22

Beynəlxalq elmi konfrans iştirakçıları arxeoloji abidələrlə tanış olublar

Oktyabrın 3-də işini davam etdirən Azərbaycanda erkən hominid Azıxantropun tapılmasının 50 illiyinə həsr olunmuş “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda Beynəlxalq elmi konfransın növbəti iclasında Azərbaycan alimləri ilə yanaşı İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan olan mütəxəssislər elmi məruzələrlə çıxış etdilər.

Qəbələ Arxeoloji Mərkəzində işini davam etdirən Beynəlxalq elmi konfransda əsasən Azıx mağarası, azıxantrop və Avrasiya paleolit dövrünün digər mövzuları barədə elmi məruzələrdən sonra alimlər arasında diskussiya aparıldı. Diskussiya ərzində texnoloji innovasiyaların istifadə edildiyi yeni tədqiqatlar işığında paleolit dövrünün, həmçinin, Azıx mağarasındakı paleolit təbəqələrinin xronologiyası, paleolit dövründə mümkün miqrasiya vektorları və d. mühüm elmi məsələlər üzrə məhsuldar fikir mübadiləsi aparıldı. Diskussiyanın sonunda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova söz alaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycanda arxeologiyanın inkişafına ayırdığı xüsusi diqqət və qayğı, son dövrlərdə Azərbaycan arxeoloqlarının əldə etdiyi elmi nailiyyətlər, İnstitutun dünyanın tanınmış elmi mərkəzləri ilə elmi əməkdaşlığı barədə geniş məlumat verdi. Professor Maisə Rəhimova çıxışının sonunda Beynəlxalq elmi konfransın bütün iştirakçılarına təşəkkürünü bildirdi.

Daha sonra Beynəlxalq elmi konfransın iştirakçıları qədim Qəbələnin Səlbir ərazisindəki arxeoloji abidələrlə tanış oldular. Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, "Qəbələ Antik və İlk orta əsrlər Arxeoloji Ekspedisiyası"nın rəisi Ceyhun Eminli konfrans iştirakçılarına Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin tarixi, qədim şəhərin yerləşdiyi ərazidə aparılan arxeoloji tədqiqatlar və əldə edilmiş nailiyyətlər barədə məlumat verdi.

Beynəlxalq elmi konfrans iştirakçıları arxeoloji abidələrlə tanış olublar

Beynəlxalq elmi konfrans iştirakçıları arxeoloji abidələrlə tanış olublar

Beynəlxalq elmi konfrans iştirakçıları arxeoloji abidələrlə tanış olublar

Beynəlxalq elmi konfrans iştirakçıları arxeoloji abidələrlə tanış olublar

Beynəlxalq elmi konfrans iştirakçıları arxeoloji abidələrlə tanış olublar

Beynəlxalq elmi konfrans iştirakçıları arxeoloji abidələrlə tanış olublar

Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri

Azərbaycanın uğurlu enerji siyasəti...
Azərbaycanın uğurlu enerji siyasəti...
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub

Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...

Laçınlılar doğma yurd yerlərinə qayıdırlar

Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir

1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır

Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib

Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib

Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır

” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK

ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR

Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib

YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər

İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək

Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür

Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir

Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib