Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilidi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov təbrik nitqi ilə çıxış edərək hərbi hissənin zabit, gizir və əsgərlərini Novruz bayramı münasibətilə təbrik etdi.
Daha sonra çıxış edən hərbi hissənin komandiri və digər natiqlər də Novruz bayramı münasibətilə əsgərlərə cansağlığı arzuladılar və onlara Vətənə sədaqətlə xidmət etməyi tövsiyə etdilər. Çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, xüsusi diqqət və qayğısından, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışdılar. Tədbirdə Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlardan da söz açılıb.
Rayon rəhbəri cənab Zakir Fərəcov ,rəhbərliyin kollektiv heyyəti və hərbi hissənin komandanlğı rəhbərlik tərfindən təşkil edilmiş novruz süfrəsi ətrafına kecərək novruz təamlarından dadılar.
Azərbaycanın möhtəşəm himni səsləndikdən sonra vətən yolunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Çıxışlar başa çatdıqdan sonra Abşeron incəsənət nümayəndələri rəngarəng bayram proqramını nümayiş etdirdilər.Rayonun tanınmış simalarının ifaları tədbir iştirakçıları tərəfinfən alqışla qarşılandı..