Absheron Media
Haqqımızda Bizimlə əlaqə

8 azərbaycanlı rəssamın əsəri “Portrait Now! 2019” beynəlxalq müsabiqəsinin regional mərhələsinə keçib

Tarix:31-01-2019, 16:00

8 azərbaycanlı rəssamın əsəri “Portrait Now! 2019” beynəlxalq müsabiqəsinin regional mərhələsinə keçib


Pivəbişirən Y.K.Yakobsen adına “Portrait Now! 2019” portret sənəti beynəlxalq müsabiqəsinin seçim mərhələsi başa çatıb. Beynəlxalq jüri yeddi ölkədən 810 portret arasında regional mərhələnin finalçılarını seçib. Azərbaycanda seçim mərhələsinin təşkilini Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birlikdə “Carlsberg Group”un bir hissəsi olan “Carlsberg Azerbaijan” şirkəti həyata keçirib.

Oktyabr ayında başlayan “Portrait Now! 2019” həm rəssam, həm geniş kütlənin diqqətinin portret janrına cəlb edilməsi məqsədi daşıyan bütün portret janrına qiymət verənlər üçün beynəlxalq müsabiqədir. Müsabiqədə hər il heykəltəraş, naqqaş, qrafik, həmçinin rəqəmsal texnologiyalarla (foto-video əsərlər) işləyən müəlliflər iştirak edir.

“Carlsberg Azerbaijan” şirkəti Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə müsabiqənin ilkin mərhələsində seçim prosesinin koordinasiyasını həyata keçirib.

Qeyd edək ki, Azərbaycandan 142 nəfər müsabiqədə iştirak edib, onlardan səkkizi münsiflər heyəti tərəfindən müsabiqənin regional mərhələsi üçün seçilib. Fevralın 22-si “Lvivarnya” Pivə Tarixinin Muzey-mədəniyyət mərkəzində (Lvov, Ukrayna) beynəlxalq jüri cari ilin may ayında Danimarkanın paytaxtı Kopenhagendə əsas mükafatlar uğrunda mübarizə aparacaq finalçıları seçəcək.

“Portrait Now! 2019” müsabiqəsinin finalında iştirakçılar beynəlxalq tanınma və müsabiqənin əsas mükafatı 85 000 Danimarka kronu (22 000 AZN) uğrunda mübarizə aparacaq.

Azərbaycanlı finalçıların adı:

Vaqif Hüseynov
Zakir Mehdiyev
Elgiz Hüseynov
İlham Mirzəyev
Müstəqil Balayev
Aynur Səmədova
Zamiq Rzayev
Sahib Hüseynov
Bundan əlavə, istedadlı azərbaycanlı rəssamlara dəstək məqsədilə Carlsberg Azerbaijan layihə tərəfdaşları ilə birlikdə eko-nominasiyada qalib seçib. Eko-nominasiyada işlərə əsas tələb ekoloji tematikanın süjet və ya portretin hazırlandığı materiallarda əks etdirilməsi idi. Eko-nominasiyada qalib tullantı materiallarından portret hazırlayan Kəmalə Kerriqan seçildi.

Qalibləri beynəlxalq jüri müəyyən edəcək:

Kristofer Beyker, direktor, Şotlandiya Milli Portret Qalereyası, Edinburq, Şotlandiya
Sun Xuquan, direktor, Qonq şahzadəsinin Sarayında Muzey, Pekin, Çin
Van Yi, direktor, Times Modern Bədii Muzeyi, Çin
Mixail Ovçinnikov, direktorun birinci müavini, Faberje Muzeyi, Sankt-Peterburq, Rusiya
Olof Kristin Siqurdardottir, direktor, Reykyavik Bədii Muzeyi, İslandiya
Henrik Vivel, sənətşünas-tənqidçi, Danimarka
Lüsi Dalsen, kurator, Milli Portret Qalereyası, London
Mette Skouqard, direktor, Frederiksborq qəsrində Milli Tarix Muzeyi, Danimarka
Müsabiqənin təşkilatçısı hələ 1882-ci ildən mədəniyyətin inkişafına fəal şəkildə sərmayə yatıran “Carlsberg” Fondudur. Həmin dövrdə şirkətin təsisçisi pivəbişirən Y.K.Yakobsen Frederiksborq qəsrində Milli Tarix Muzeyini təsis etmişdi. Cəmiyyətin portret sənətinə marağının cəlb edilməsi üçün muzey təsis olunduğu ilk illərdən rəssamlara məşhurların portretlərini sifariş edib. İndi isə yaradıcılıqdan zövq qalmaqla yanaşı, onu qiymətləndirməyin vaxtı gəlib çatıb.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident