Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Məhəmməd Əmin Rəsulzadə ( Abşeronun Fəxri)

Tarix:29-11-2013, 08:43

Məhəmməd Əmin Rəsulzadə ( Abşeronun Fəxri)
Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, "Müxəmməs" adlı ilk əsəri "Şərqi Rus" qəzetində (1903-cü il N20) çap olunmuşdur. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. ("Bakinskiy Raboçiy qəzeti", N60, 18 mart, 1923-cü il). Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmişdir (1904-1905-ci illər, cəmi 6 nömrə). Qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Lakin hələlik onun bir nömrəsi də tapılmamışdır.
Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından "Təkamül" adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir. Onu da qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər. Özünü hadisə yerinə çatdıran M.Ə.Rəsulzadə Stalini ölümdən xilas etmişdir. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olmuşdur. 1954-cü ildə, İstanbulda çıxan "Dünya" qəzeti M.Ə.Rəsulzadənin "Stalin ilə inqilab" adlı silsilə xatirə-məqaləsini çap etdirmişdir. O, həmin yazıda da bu barədə söhbət açır. ("Dünya" qəzeti, 23 may 1954-cü il). M.Ə.Rəsulzadənin həmin dövrdə Əli bəy Hüseynzadənin (1864-1941) redaktor olduğu "Fyuzat", həmçinin Əhməd bəy Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. Müəyyən müddət o "İrşad" qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun (1885-1948) "Türk-rus və rus-türk lüğəti" kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun "Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)" kitabını Azərbaycan dilinə təcümə edib və "Təkamül" qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir. Həmin dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla və yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə apardıqlarını hiss eləyən M.Ə.Rəsulzadə RSDFP-nin sıralarından uzaqlaşdı. O, rus müstəmləkə üsul-idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməl daşını qurmağa başladı. 1908-ci il dekabrın 5-də Məhəmməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə "Azərbaycana muxtariyyət" şüarı fikrini yaymağa başlamış və rus çarizm üsul-idarəsi istibdadını yıxmağa çağırırdı. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı "Nagəhan bəla" adlı pyesi də vardır.
Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…" deyərək əbədiyyətə qovuşdu.

Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Xalqımızın Zəfər sevinci
Xalqımızın Zəfər sevinci
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi