Bugün Abşeron rayon Musiqi məktəbində ilk musiqi bacarıqlarını bu ocaqda qazanan aşağı sinif şagirdləri üçün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü şənliyi keçirildi.Şənlikdə Musiqi məktəbinin hər bölməsindən şagirdlər öz bacarıqlarını nümayiş etdirdilər. Şagirdlər gözəl rəqsləri, skripka, fortepiano və başqa musiqi alətlərindəki ifaları ilə şənliyi bəzədilər.Məktəbin Xor kollektivi bir neçə dillərdə müxtəlif ifaları ilə valideyinləri sevindirdi.
Tədbir Yeni il şənliyinin simvolu olan Şaxta babanın gəlişi ilə davam etdi.Uşaqların hər birinə hədiyyə təqdim edildi.
Musiqi Məktəbinin direktoru İkram Manafov tədbirin məqsədinin aşağı sinif şagirdlərini bayramlar ərəfəsində sevindirməklə yanaşı , onlarda səhnəyə, tamaşaçıya olan alışqanlıqları yaratmaqdır.Bu vəsilə ilə təşkil olunan tədbirlərinin çox olduğunu, rayonun Musiqi Məktəbinin daim respublika səviyyəli tədbirlərlə yanaşı ölkədən kənarda da təşkil olunan tədbirlərdə şagirdlərin bacarıqları, istedadları ilə xüsusi yerdə təmsil olunduqlarını bildirdi.
Redaktor:Çinarə Sadıxova