Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanı Fransada tanıdan istedadlı yazıçının anadan olmasından 110 il ötür

Tarix:24-01-2015, 23:47

 

Azərbaycanı Fransada tanıdan istedadlı yazıçının anadan olmasından 110 il ötür

 

Taleyin ağrı-acısını dadıb, doğma Vətəndən uzaq düşən elələri var ki, onların adı sonradan mənsub olduqları məmləkətlərlə bir çəkilir. Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı Əsədullayeva Ümm-əl-Banu (Banin) də belələrindəndir. Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümm-əl-Banu 1905-ci ilin yanvar ayında anadan olub. Bu il onun anadan olmasının 110 ili tamam olur.

Hələ anadan doğulanda anasını itirən Üm-əl-Banunun sonrakı həyatı da acınacaqlı olub. Sonralar o öz taleyi haqqında yazırdı: "Mən doğma anamı tanımırdım. Çünki gözünü açanda o artıq dünyasını dəyişmişdi”. Onun dünyaya gəlişi kimi, sonrakı həyatı da rəvan keçmir. Hakimiyyətə gələn bolşeviklər atasını həbs edirlər, babalarının var-yoxu əllərindən alınır. O, atasını həbsxanadan qurtarmaq, ölkədən çıxmaq üçün istəmədiyi, lakin hörmətli bir şəxsə ərə gedir. O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır. Fransada maneken, mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyir... Sonradan Banu fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır.

1946-cı ildə "Banin” imzası ilə dərc olunan "Qafqaz günləri” kitabı ona ilk uğur qazandırır. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Nikos Kazaçakis, Anri Monterlen, Ernest Yungen kimi qərb yazıçılarında Baninə rəğbət yaranır. İkinci Dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernest Yungenlə Baninin dostluğu yarım əsrdən çox davam edir. Banin hətta Yungen haqqında kitab yazır.

Baninin uşaqlığının ağlı-qaralı xatirələri "Qafqaz günləri” kitabında əks olunub. Bundan sonra yazdığı "Paris günləri”, "Ernst Yungenlə görüş”, "Mən opiumu seçdim”, "Sonra”, "Sonuncu ümidin çağırışı” və digər romanları ona geniş oxucu kütləsi qazandırır. Son kitabı – "Mariya mənə nə danışdı” romanı 1991-ci ildə, ölümündən bir il əvvəl işıq üzü görür. 

Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl tərcüməsi kimi tanınırdı. O, İvan Buninin və Fyodor Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən sayılırdı.

Yaşından nisbətən cavan görünən Baninin şux görkəmi hamını heyrətə salır və onu Şərq gözəli adlandırırdılar. Yazıçı İvan Bunin ona "Şamaxı şahzadəsi” adı qoymuşdu.

Onunla ilk görüşən azərbaycanlı diplomat Ramiz Abutalıbov olub. Bu hadisə 1981-ci ilə - Parisdə Azərbaycan xalçalarının sərgisinin keçirildiyi vaxt baş verib.

Fransız mühitinə qaynayıb-qarışmasına baxmayaraq, Banin soy-kökünü heç vaxt yaddan çıxarmamışdı. O, Dağlıq Qarabağda baş verən hadisələri həyəcanla izləyirdi. Parisdəki "Azərbaycan evi” assosiasiyasının üzvü olan Banin Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələri ilə bağlı məqalələrlə çıxış edirdi.

1992-ci il oktyabrın 29-da "Fiqaro” qəzeti olduqca kədərli bir məlumat yayır: "İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib...”. Ömrünün axırınadək Vətənə gələ bilməyən, Azərbaycan həsrəti ilə dünyadan köçən Banin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, öz qələmi ilə Azərbaycanı dünyada və Fransada tanıtmışdı.

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Azərbaycan güclü idman dövlətidir
Azərbaycan güclü idman dövlətidir
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir