Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda şəhidlərinin ailələrinə və müharibə əlillərinə ərzaq bağlamaları paylanılıb

Tarix:8-02-2018, 03:05

Abşeronda şəhidlərinin ailələrinə və müharibə əlillərinə ərzaq bağlamaları paylanılıb

Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü və Xırdalan şəhər 8 saylı tam orta məktəbin təşkilatçılığı ilə keçirilən aksiyada, ilk növbədə, yardıma ehtiyacı olanlara – şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, tənha və kimsəsizlərə ərzaq bağlamaları paylanılıb.

İlk önçə məktəbin əməkdaşları şəhid Azad Zabitovun il dönümündə ailəsinə baş çəkərək, şəhidin xatirəsini ehtiramla yad ediblər.

Şəhidin anası Şövkət Zabitova bildirib ki, Azad Zabitov 1971-ci ildə Masallıda dünyaya göz açıb. Hərbi xidmətini Rusiyada başa vurub. Xidmətdən qayıtdıqdan sonra valdeynlərinin israrına baxmayaraq, könüllü olaraq Şuşa rayonu uğrunda gedən döyüşlərə qoşulub. Döyüşlərdə böyük şücaətlər göstərib, erməni tərəfinə böyük itkilər yaşadıb. 1992-ci ilin fevralın 7-də Şuşa uğrunda gedən döyüşlərdə Zabit snayper gülləsinə tuş gəlib və döyüş meydanında qəhrəmancasına şəhid olub.
Şəhidin anası Abşeron rayonunda şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsinin böyük iftixara səbəb olduğunu deyib. O, Abşeron RİH-in təşkil etdiyi bu xeyriyyə aksiyasının əhəmiyyətinə toxunaraq deyib ki, bu, şəxsən rayon rəhbərinin şəhid ailələrinə diqqət və qayğısının göstəricisidir: “Mən buna görə şəhid anası olaraq Abşeron RİH-in başçısı İradə Gülməmmədovaya təşəkkür edir, sonsuz minnətdarlığımı çatdırıram”.

Məktəbin direktoru Xatirə Şabanova şəhidin anası ilə görüşdə qeyd edib ki, Azərbaycanda sistemli ordu quruculuğu ilə yanaşı, Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı göstərilir. Bu gün Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir.

Sonra şəhidin ailəsinə ərzaq yardımı göstərilib.

Elə həmin gün məktəbin kollektivi bir qrup şəhid ailəsi və I qrup Qarabağ müharibəsi əlillərinədə baş çəkərək onlara ərzaq bağlamaları catdırıblar.

“Biz şəhid ailəsi kimi dövlətimizin başçısının yüksək diqqət və qayğısını həmişə hiss etmişik. Məhz Abşeron RİH-in bu xeyriyyə aksiyasını da böyük məmnunluqla qarşılayırıq. Onu da deyim ki, ölkəmizdə eləcədə Abşeron rayonunda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün daimi işlər görülür. Bütün bunlara görə dövlətimizin başçısı cənab İlham Əliyevə və icra başçısı İradə Gülməmmədovaya dərin minnətdarlıq edirik”. Bunu isə şəhid Əvəz Şəfiyevin həyat yoldaşı Elmira Şəfiyeva deyib.

I qrup Qarabağ əlili Sabir Mahmudov isə Abşeron RİH-in şəhid ailələri və müharibə veteranları üçün xeyriyyə aksiyası keçirməsinin təqdirəlayiq olduğunu bildirib. “Şəhid ailələri, müharibə veteranları Abşeron RİH-in xeyriyyə aksiyasını yüksək qiymətləndirir”.

Sonda şəhid və əlil ailələrinin məskunlaşdığı binanın həyətində məktəbin yuxarı sinif şagirdləri tərəfindən abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Aygün Əliyeva

Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq

Xalqımızın Zəfər sevinci
Xalqımızın Zəfər sevinci
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir

Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək

Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib

Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib

Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir

Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..

Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir

Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub

Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir

Bayrağımız qürur mənbəyimiz, and yerimizdir

Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün

Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi