Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda seçkilərin keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilib

Tarix:19-02-2018, 19:13

Abşeronda seçkilərin keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilib


Fevralın 19-da 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslar başlayıb.

Dairə seçki komissiyasının sədri Dilşad Abbasova bildirib ki, bu kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə keçirilir. Kurslarda iştirakçılara qarşıdan gələn Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili ilə bağlı ətraflı məlumat verilir.

D.Abbasova 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasında aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıq çərçivəsində həyata keçirilən maarifləndirmə proqramından danışıb. Diqqətə çatdırıb ki, prezident seçkiləri ərəfəsində maarifləndirmə sahəsində Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün seminarlar keçirilib. İndi isə bu seminarlar məntəqə seçki komissiyalarının sədrləri və dairə seçki komissiyasının üzvləri üçün təşkil edilir. Bu maarifləndirici seminarların və kursların prezident seçkilərinin şəffaf və qanunamüvafiq keçirilməsi üçün əhəmiyyəti böyükdür. Kurslarda prezident seçkilərinə hazırlığın gedişi haqqında məlumat verilir, Seçki Məcəlləsinin bəzi müddəaları şərh olunur.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev kurslarda seçici siyahıları ilə iş qaydası və onun aparılması, seçkiqabağı təşviqatın təşkilinə şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və bu istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu mövzusunda çıxış edib. O, yerli icra və bələdiyyə qurumlarının və digər təşkilatların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması məsələlərinə toxunub.

Abşeron Rayon Məhkəməsinin sədri Elçin Kazımov seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri mövzusunda məruzə ilə çıxış edib.

Qeyd olunub, kurslara seçki dairəsinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də cəlb olunublar.

Fevralın 21-də başa çatacaq kurslarda prezident seçkilərinin keçirilməsi ilə bağlı aşağı seçki komissiyalarının vəzifələri, səsvermə günü görüləcək işlər, səsvermə prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquqları və fəaliyyəti məsələlərinə toxunulub, məntəqə seçki komissiyaları sədrlərinin sualları cavablandırılıb.

Şamo Əliyev

Abşeronda seçkilərin keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilib
Abşeronda seçkilərin keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilib
Abşeronda seçkilərin keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilib
Abşeronda seçkilərin keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilib
Abşeronda seçkilərin keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilib

Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Xalqımızın Zəfər sevinci
Xalqımızın Zəfər sevinci
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi