Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda kimsəsiz məzunlar üçün daha bir çoxmənzilli bina tikiləcək

Tarix:20-02-2018, 23:58

Abşeronda kimsəsiz məzunlar üçün daha bir çoxmənzilli bina tikiləcək


Dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclər üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması, onların mənzillə təmin olunması Azərbaycan Prezidenti İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanist təşəbbüsünün nəticəsidir.

Heydər Əliyev Fondunun humanist təşəbbüsü ilə həyata keçirilən böyük sosial əhəmiyyətli layihələrdən biri kimi Abşeron rayonunun Masazır kəndində hər biri 120 mənzilli iki yaşayış binası gənclərin istifadəsinə verilib. Sevindirici haldır ki, gənclər buraya köçdükdən sonra onların bir çoxu ailə qurub və indi burada yaşayan 51 ailədə 50 nəfərə yaxın uşaq böyüyür.

“Məzun evi”ndəki gənclərin qarşılaşdıqları problemlərin həlli, cəmiyyətə fəal inteqrasiya olunmaları yönündə konkret tədbirlər görülür. Müəssisədə, habelə ictimai-iaşə xidməti sahələrində burada yaşayan 20 nəfər gənc çalışır. Eyni zamanda, “Məzun evi”ndən 30 nəfər yaşıllaşdırma müəssisəsində, 25 nəfər “Məzun evi” üçün tikilən növbəti binanın inşası işlərində, 10 nəfər yaxınlıqda məcburi köçkünlər üçün yaşayış kompleksinin tikintisində, 6 nəfər karton fabrikində işlə təmin olunub. Gənclərdən bir qismi ali məktəblərdə təhsil alır. Ali məktəbləri bitirdikdən sonra ixtisaslı mütəxəssislər kimi onların əmək bazarına çıxışının dəstəklənməsi üçün də zəruri işlər görüləcək.
Xalça sexində 18, tikiş sexində isə 10 nəfər məzunun məşğulluğu təmin olunub. Onlar ƏƏSMN tərəfindən xalçaçılıq və tikişçilik peşələri üzrə kurslarda həmin peşələrin sirlərini öyrəniblər.

Hazırda “Məzun evi” üçün 120 mənzilli yaşayış binasının tikintisində də son tamamlama işləri görülür. Yaxın vaxtlarda binanın açılışı, əlavə olaraq daha bir 12 mərtəbəli yaşayış binasının və orta məktəb binasının təməlinin qoyuıması nəzərdə tutulur. Tikilən növbəti binada onlar üçün uşaq bağçası, binanın ətrafında isə məzunlar üçün idman kompleksi olacaq.

Şamo Əliyev

Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Xalqımızın Zəfər sevinci
Xalqımızın Zəfər sevinci
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi