Absheron Media
Haqqımızda Bizimlə əlaqə

YAP Abşeron rayon təşkilatının Qadınlar Şurası şəhid ailəsini ziyarət etdi

Tarix:27-02-2018, 22:32

YAP Abşeron rayon təşkilatının Qadınlar Şurası şəhid ailəsini ziyarət etdi


Əlamətdar bayram günlərində şəhid ailələrinə yardım göstərmək artıq Abşeronda ənənə şəklini alıb. Xeyirxahlıq missiyasına sadiq qalaraq şəhid ailələrinə rayon icra hakimiyyəti tərəfindən bayram sovqatlarının verilməsi onların dövlətin diqqət və qayğısından kənarda qalmadığının bariz nümunəsidir.

Elimizin, obamızın əziz günündə, Novruzun ilk çərşənbəsi – Su çərşənbəsində mənəvi dəyərlərimizə sadiq qalaraq el ağbirçəkləri və şəhid anaları ilə bayramlaşmaq üçün YAP Abşeron rayon təşkilatının Qadınlar Şurasının üzvləri Qobu kəndində olub.

Qonaqlar Şəhidlər kompleksində olub, şəhilər müzeyini ziyarət ediblər.

Muzeylə tanışlıqdan sonra YAP Abşeron rayon təşkilatının Qadınlar Şurasının sədri Təyyubə Hüseynova çıxış edərək dövlətin həmişə şəhid ailələrinin yanında olduğunu və bundan sonra da onların yanında olacağını bildirib. “ Əli öz vətənini, torpağını canından çox sevərək Vətən yolunda şəhid oldu. Dövlət həmişə şəhid ailələrinin qayğıları ilə maraqlanır. Ali Baş komandanımız İlham Əliyev şəxsən şəhid ailələrinin problemləri ilə maraqlanır. Bu gün YAP Abşeron rayon təşkilatının Qadınlar Şurasının və gələn digər yoldaşların bu bayram günündə iştirakı dövlətin şəhidlərinə göstərdiyi münasibətdir. Bütün şəhidlərin əziz ruhu qarşısında baş əyirəm. Allah rəhmət eləsin!”.

Əlinin dəfnində, 40 və il mərasimlərində rayon rəhbəri İradə xanımın şəxsən iştirak etməsi, problemlərimizlə maraqlanması, bizə səbr diləməsi dərdimizi cüzi də olsa yüngülləşdirdi, – deyə şəhid anası Svetlana Heydərova rayon icra hakimiyyəti başçısının diqqətindən, qayğısından danışıb.

Görüşdə bildirilib ki, Əli İntiqam oğlu Heydərov 1997-ci il mayın 10-da Qobuda dünyaya gəlib. Qəsəbə orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Aprel döyüşlərində atıcı-qumbaraatan köməkçisi kimi iştirak edib. Əsgəri olduğu hərbi hissənin döyüşçüləri ilə birlikdə düşmənin layiqli dərsini verən, xalqımıza qələbə sevinci yaşadan oğulların sırasında o da fərqlənib, fəxri fərmanla təltif olunub. Lakin aprel döyüşlərindən sağ çıxsa da, ad gününə iki gün qalmış döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sonra bayramı münasibətilə YAP Abşeron rayon təşkilatının Qadınlar Şurasının üzvləri Qobu kəndində məskunlaşmış ahılları ziyarət edib və onlara bayram sovqatlara təqdim ediblər.

Abşeron rayon Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasının
müdiri Könül İbrahimova


YAP Abşeron rayon təşkilatının Qadınlar Şurası şəhid ailəsini ziyarət etdi
YAP Abşeron rayon təşkilatının Qadınlar Şurası şəhid ailəsini ziyarət etdi
YAP Abşeron rayon təşkilatının Qadınlar Şurası şəhid ailəsini ziyarət etdi
YAP Abşeron rayon təşkilatının Qadınlar Şurası şəhid ailəsini ziyarət etdi
YAP Abşeron rayon təşkilatının Qadınlar Şurası şəhid ailəsini ziyarət etdi

Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Xalqımızın Zəfər sevinci
Xalqımızın Zəfər sevinci
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi