Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək İclasın gündəliyinə 24 məsələ daxil edilib.İclasda aşağıdakı məsələlər müzakirə ediləcək:
1. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi
2. “Azərbaycan Respublikası Milli Məclisin Deputatının statusu haqqında” qanuna dəyişiklik;
3. Seçki Məcəlləsinə dəyişiklik;
4. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;
5. Cinayət Məcəlləsinə dəyişiklik;
6. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik;
7. “Fövqəladə hallar orqanlarında xidməkeçmə haqqında” qanuna dəyişiklik;
8. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnaməyə dəyişiklik;
9. “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik;
10. “Yaşayış minimumu haqqında” qanuna dəyişiklik;
11. “Konstitusiya məhkəməsi haqqında” qanuna dəyişiklik;
12. “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik;
13. “Sosial sığorta haqqında” qanuna dəyişiklik;
14. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik;
15. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik;
16. “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik;
17. Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında Azərbaycan Respublikasının qanun layihəsi;
18. Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik;
19. “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik;
20. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik;
21. Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik;
22. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda;
23. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik;
24. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik.