Abşeron rayonunda Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın yanında olmaq, onlara yardım göstərmək artıq ənənəyə çevrilib.
Bu ənənənin davamı olaraq Masazır 4 nömrəli tam orta məktəbin kollektivi Novruz bayramı münasibəti ilə məktəbin yaxınlığında qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş binada məskunlaşan 20-dən çox məcburi köçkün ailələrinə baş çəkib, onları bayram sovqatı ilə sevindiriblər.
Məcburi köçkünlər onlara göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbəri İradə Gülməmmədovaya minnətdarlıq ediblər və işğal olunmuş torpaqlarımızın tezliklə qaytarılacağına inamlarını vurğulayıblar.
Şamo Əliyev