Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər. Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəlib.
Bahar qız dövlətimizin başçısına səməni təqdim edib. Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı bayram şənliyində nitq söyləyib.
Ümumxalq şənliyi Dənizkənarı Milli Parkda davam edir.