“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verəcək və enerji ehtiyatlarının tədarükçüsü qismində ölkənin rolunu gücləndirəcək.
Bunu Azərbaycanda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov deyib.
S.Bağırovun sözlərinə görə, layihənin Azərbaycan üçün əhəmiyyəti ilk növbədə qaz satışından gözlənilən gəlirlərdədir: “Yanacağın hasilatı və nəqli prosesi həmçinin ölkə vətəndaşlarının məşğulluğunun təmin olunması və iqtisadiyyatın real sektoruna, bank sisteminə və digər sahələrə müsbət effektlər baxımından vacibdir”.