Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) Azərbaycanın təşkilata üzvlüyə qəbuluna baxmağa hazırdır. Bunu OPEK-in baş katibi Məhəmməd Barkindo bildirib. M. Barkindo bütün variantların müzakirə olunduğunu vurğulayıb.
Qeyd edək ki, OPEK-in başçısı Azərbaycan Prezident İlham Əliyevlə danışıqlar aparıb, müzakirələrdə OPEK+ paktının gələcək qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilib.
M.Barkindo, həmçinin martın 19-da həm də energetika naziri Pərviz Şahbazovla görüşüb.