Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Beynəlxalq Əmək Təşkilatı ölkəmizdə əmək bazarının inkişafı sahəsində aparılan islahatları dəstəkləyir.

Tarix:22-03-2018, 16:27

Beynəlxalq Əmək Təşkilatı ölkəmizdə əmək bazarının inkişafı sahəsində aparılan islahatları dəstəkləyir.


Beynəlxalq Əmək Təşkilatının (BƏT) İdarə Heyətinin Cenevrə şəhərində keçirilən 332-ci iclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbir çərçivəsində BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, BƏT-in Baş direktorunun iclasda təqdim etdiyi məruzəsində əksini tapan tezislərin ölkələrin əmək bazarlarında inkişaf meyillərinin təmin olunması baxımından aktual olduğunu, iclasın layiqli əmək konsepsiyasının reallaşdırılması sahəsində qarşıda duran məsələlərin həlli ilə əlaqədar geniş müzakirələrin aparılması imkanı yaratdığını qeyd edən nazir həmin konsepsiyanın qlobal iqtisadi böhrandan sonrakı dövrdə xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, əhalinin məşğulluq imkanlarının artırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş səylərin koordinasiyasının hazırda antiböhran siyasətində başlıca istiqamət kimi qəbul olunduğunu bildirib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü islahatlar proqramı ölkə iqtisadiyyatının prioritet sahələrinin, xüsusilə qeyri-neft sektorunun inkişafı, neftdən asılı olmadan iqtisadi artımın təmin olunması istiqamətində qısa dövr ərzində mühüm irəliləyişlərə nail olunmasına imkan verib. Bu gün dünyanın 35 ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəsi sırasında olan, son 15 ildə 3 dəfədən çox iqtisadi artıma nail olan Azərbaycanda cari ilin iki ayında da ümumi daxili məhsulda 1,3 faiz, qeyri-neft sektorunda 2,3 faiz artım qeydə alınıb. Respublikada iqtisadi inkişaf prosesləri güclü sosial siyasətin aparılması, sosial öhdəliklərin uğurlu icrası ilə tamamlanır. Dünya iqtisadiyyatında çətinliklərin yaşandığı son illərdə də Azərbaycanda bütün sosial proqramlar uğurla davam etdirilməklə, onların getdikcə daha da genişləndirilməsi təmin olunur. Eyni zamanda, ölkədə layiqli əməyin təminatı istiqamətində məqsədyönlü işlər aparılmaqla, əmək haqlarının mütəmadi artırılması da həyata keçirilir. Bu sahədə tədbirlərin davamı kimi, cari ilin ötən dövründə ölkədə əmək haqları, habelə digər sosial ödənişlər növbəti dəfə artırılıb.

Azərbaycanda aktiv məşğulluq tədbirlərinin miqyasının getdikcə genişləndirildiyini bildirən nazir aztəminatlı ailələrin özünüməşğulluq proqramı vasitəsilə əmək potensiallarının reallaşdırılması yönündə aparılan işləri diqqətə çatdırıb, bu proqramın icrasında BƏT-in dəstəyini yüksək dəyərləndirib. O, təşkilatın prinsip və təşəbbüslərinin ölkəmizdə həyata keçirilən əmək və məşğulluq siyasətində diqqətdə saxlandığını qeyd edib. Nazir layiqli əməyin təminatı konsepsiyasının icrası, əmək bazarı ilə kadr hazırlığı sistemi arasında uyğunluğun təmin edilməsi, məşğulluq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması, işsizlikdən sığorta sisteminin fəaliyyəti, əmək bazarı ilə bağlı təkmil monitorinq və proqnozlaşdırma sisteminin qurulması, sosial dialoqun gücləndirilməsi və digər sahələrdə aparılan işlər barədə məlumat verib.

BƏT-in Baş direktoru Qay Rayder BƏT-lə fəal əməkdaşlıq şəraitində Təşkilatın Konvensiyalarının, əmək və məşğulluq sahəsində mütərəqqi prinsiplərin icrası sahəsində Azərbaycanın iş təcrübəsinin təqdirəlayiq olduğunu bildirib. O, ölkəmizdə əmək bazarının inkişafı sahəsində aparılan islahatların, aktiv məşğulluq tədbirlərinin daha geniş miqyasda həyata keçirilməsi, məşğulluq xidmətlərinin təşkmilləşdirilməsi və s. sahələrdə görülən işlərin BƏT tərəfindən dəstəkləndiyini qeyd edib.

Görüşdə Azərbaycanda əmək bazarının tənzimlənməsi və əmək resurslarının məşğulluğunun təminatı, layiqli əmək konsepsiyasının icrası istiqamətində görülən işlərə, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə, BƏT-lə Azərbaycan arasında əməkdaşlığın gələcək istiqamətlərinə, habelə BƏT-in Baş direktorunun bu ilin mayında ölkəmizə planlaşdırılan səfəri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

İclas çərçivəsində BƏT-in Baş direktorunun müavini, Avropa və Orta Asiya üzrə regional direktor Haynz Kollerlə də görüş olub. Görüş zamanı BƏT-lə birgə icra olunan layihələrin, habelə “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası sahəsində aparılan işlər müzakirə edilib.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident