2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 32,3 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,1 faiz azalma müşahidə olunub.
Yüklərin 4,3 faizi dəniz, 6,6 faizi dəmir yolu, 0,1 faizi hava, 58,3 faizi avtomobil nəqliyyatı, 30,7 faizi isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 1,1 faiz artaraq 23,7 milyon ton təşkil edib.