Azərbaycan dünyada öncül mövqelərə çıxıb və təkcə sabitliyi ilə yox, həm də dayanıqlı inkişafı ilə fərqlənən dövlətə çevrilib. Bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib.
D.Savelyevin sözlərinə görə, Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır:
"Güclü və çevik siyasət respublikaya eyni zamanda həm Qərb, həm də Şərqlə konstruktiv münasibətləri saxlamağa və öz maraqlarını bütün beynəlxalq görüşlərdə və danışıqlarda müdafiə etməyə imkan verir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi müstəqil ölkənin xarici siyasət sahəsində ən böyük nailiyyəti olub".
Öz növbəsində Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri, politoloq Nataliya Krasovskaya deyib kind, Azərbaycanda ümumi daxili məhsulun artımı və sabit makroiqtisadi vəziyyət sayəsində nüfuzlu reytinq agentlikləri və aparıcı ekspertlər ölkənin "iqtisadi şoklar"dan müdafiəsinin təmin olunduğunu vurğulayır:
"Qısa müddət ərzində respublikada sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Eyni zamanda Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin edən nadir ölkələrdən biridir".
Ölkənin beynəlxalq nüfuzu məsələsinə toxunan N.Krasovskaya qeyd edib ki, Azərbaycan